main-post-cover

    Avropa Birliyi bir sıra ölkələrin sərhədlərində süni zəka sistemli yalan detektorları yerləşdirəcək

    Elm & Texnologiya
    01.11.2018
    Farid Pardashunas
        Avropa Birliyi Macarıstan, Latviya və Yunanıstanın sərhədlərində iBorderCtrl adlı süni zəkaya sahib yalan detektorları yerləşdirəcək. Əgər yarım il ərzində keçiriləcək test yoxlanışları nəticəsində bu sistem uğurlu olsa, süni zəkaya sahib yalan detektorları Avropa Birliyinin digər ölkə sərhədlərində də quraşdırılacaq. Sözügedən sistem səsli köməkçidən, bir neçə kameradan və məlumatların analizi üçün nəzərdə tutulmuş neyroşəbəkədən ibarətdir.
        Sərhədi keçən zaman iBorderCtrl hər hansı bir şəxsdən onun çantasında nəyin olduğunu soruşa bilər. Daha sonra həmin şəxs öz çantasını açaraq daxilindəki olanların dedikləri ilə üst-üstə düşüb-düymədiyi yoxlanılacaq. Səsdən əlavə olaraq bu sistem insanın jestlərini və mimikalarını analiz edərək əldə olunmuş məlumatlar əsasında şəxsin yalan danışıb-danışmadığını da təyin dəcək. iBorderCtrl sistemi Macarıstanın Beynəlxalq polis təşkilatı tərəfindən yaradılacaq. Sistemin testi isə 6 ay ərzində 4 sərhəd məntəqəsində keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər