Logo
    main-post-cover

    Avropa Birliyi çıxarılması qeyri-mümkün batareyalara sahib noutbukların satışlarını qadağan edəcək

        Nazik, yüngül və ecazkar gövdə dizaynına sahib olan noutbukların istehsalı yolunda şirkətlər onlarda çıxarıla bilən batareyaların reallaşdırılması fikrindən imtina etməyə başladılar. Halbu ki, çıxarıla bilən batareyalar hesabına istifadəçilər öz noutbuklarında batareyanı fərdi şəkildə dəyişə bilirdilər. Avropa Parlamenti isə öz növbəsində bu cür yanaşmanı ekoloji iqtisadiyyat üçün qəbuledilməz hesab edərək istehsalçılardan noutbuklarda çıxarılmayan batareyaların istifadəsinin dayandırılmasını tələb edir. Bu yeni tələb hələ ki, smartfonlar ilə planşetləri əhatə etmir.
        Avropa Parlamenti tərəfindən irəli sürülmüş bu yeni qanun qüvvəyə minməzdən öncə Avropa Birliyi tərəfindən təsdiqlənməlidir. Gözləntilərə əsasən təsdiqlənmə bu yay baş verəcək. Bununla belə istehsalçılar yeni qanuna məcbur şəkildə yalnız 3.5 ildən sonra riayət etməli olacaqlar. 3.5 ildən sonra Avropadakı noutbuk istifadəçiləri bütün noutbuk modellərində batareyanın fərdi şəkildə dəyişdirilməsi imkanına sahib olmalıdırlar. Avropa Birliyinin bu yeni tələbi artıq sıradan çıxmış batareyaların emalına və materialların təkrar istifadəsinə hədəflənib.
        Noutbuklarda batareyaların rahat və asanlıqla dəyişdirilməsi sıradan çıxmış böyük həcmdə batareyanın yığılması və emalı prosesini yüngülləşdirəcək. Qanunvericilər istehsalçılara iki seçim variantını təklif edirlər. Onlar ya batareyaların rahat şəkildə dəyişdirilməsi imkanını verməlidirlər ya da batareyaların performansları və davamlı şəkildə çalışmaları üçün olan müəyyən tələbləri dəstəkləməlidirlər. Başqa sözlə desək, istehsalçılar öz noutbuklarının batareyalarını daha böyük həcmə və daha çox şarj dövrü dəstəyinə sahib edə bilərlər.
    Paylaş
    Bənzər xəbərlər