main-post-cover

    Avropa Birliyi Huawei şirkətinə 5G şəbəkə infrastrukturunun qurulmasına müəyyən şərtlər ilə icazə verdi

    Elm & Texnologiya
    01.02.2020
    Farid Pardashunas
        Keçən il ABŞ hökuməti Huawei şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi. Bunun əsas səbəbi isə şirkətin, ABŞ hökumətinin milli təhlükəsizliyinə potensial təhlükə mənbəyi qismində çıxış etməsi idi. Bu məsələnin uzun müddət ərzində incələnməsindən sonra İngiltərə və daha sonra Avropa Birliyi Huawei şirkətinə 5G şəbəkə infrastrukturunun yaradılmasına icazə verdi. Bu barədə Gizchina saytı xəbər verib.
        Rəqəmsal texnologiyalar üzrə komissar olan Thierry Breton-un sözlərinə əsasən Huawei şirkəti Avropada 5G şəbəkə infrastrukturunun yaradılması üçün bütün imkanları əldə edəcək. Lakin bu məsələdə bəzi şərtlər də qoyulub. Huawei şirkətinin İngilətərədə 5G şəbəkə infrastrukturunu yaratması üçün şərtlər çox sadədir: Bazarın yalnız 35% payını əldə etmək və nüvə-hərbi obyektlərinə heç bir girişin verilməməsi.
        Sonuncu şərt həmçinin Avropa Birliyi üçün də aktualdır. Lakin şirkətin Avropa Birliyində əldə edəcəyi bazar payı barəsində dəqiq bir məlumat verilməyib. Thierry Breton qeyd edib ki, Huawei ilə əməkdaşlıq bütün risklərin qiymətləndirilməsi çərçivəsində aparılacaq. Bundan əlavə olaraq Huawei ilə ticarət o şərtlə aparılacaq ki, heç kimə 5G şəbəkə bazarının monopolizasiyasına imkan verilməyəcək. Gözləntilərə əsasən Huawei şirkəti mülki obyektlər üçün təchizat istehsalı ilə məşğul olacaq və həmin təchizatlar Avropa ərazisindəki regionların yarısından çoxunu 5G şəbəkə ilə əhatə etməyə imkan verəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər