Avropa Birliyi mobil cihazlarda vahid USB Type-C girişinin reallaşdırılması tarixini elan edib

Avropa Birliyi mobil cihazlarda vahid USB Type-C girişinin reallaşdırılması tarixini elan edib

Texnologiya
14.12.2022 PAYLAŞIM

    Avropa Birliyi öz regionunda satılan bütün mobil cihazların vahid şarj girişi ilə təchiz olunmaları məsələsində konkret zaman təyin edib. Təyin edilmiş zamanın bitməsindən sonra istehsalçılar öz cihazlarını məcbur şəkildə vahid şarj girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır ki, bir neçə ay bundan öncə Avropa Birliyi bu məsələ ilə bağlı yeni qanunu qəbul etmişdi. Qəbul edilmiş qanuna əsasən istehsalçılar öz cihazlarını vahid şarj girişi ilə təchiz etməlidirlər. Söhbət, USB Type-C girişindən gedir. Bu qanun həmçinin Apple şirkətinə də aiddir.

    Beləliklə istehsalçıların 28 dekabr 2024-cü il tarixinə kimi zamanları var. Həmin tarixdən sonra onlar öz cihazlarını USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Sözügedən zamanın təyin olunmasının əsas səbəbi ondadır ki, Avropa Birliyi öz rəsmi nəşriyyatında vahid USB Type-C girişi ilə bağlı olan qanunu artıq dərc edib. Bu isə o deməkdir ki, qanun 20 gündən sonra qüvvəyə minəcək. Daha sonra isə Avropa Birliyinə daxil olan ölkələr 24 aylıq vaxta sahib olacaqlar. Bu müddət ərzində onlar öz yerli bazarlarında sözügedən qanunu təsdiqləməlidirlər.


    Bu qanun daha öncədən təsdiqlənmiş olsa da, onun tətbiqi üçün konkret zaman təyin edilməmişdi. Belə ki, Avropa Birliyi regionunda hüquqi normalar adətən mərhələli şəkildə reallaşdırılır. Avropa Birliyi tərəfindən qəbul edilmiş yeni qanun smartfonları, planşetləri, rəqəmsal kameraları, qulaqlıqları və portativ oyun konsollarını əhatə edir. Bu qanun 2026-cı ildən başlayaraq həmçinin noutbukları da əhatə edəcək. Onu da qeyd etmək lazımdır ki, qanun yalnız naqil vasitəsilə reallaşdırılan şarj texnologiyasına aiddir. Naqilsiz şarj texnologiyalarının USB Type-C-yə keçid etmələri məcburi deyil. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×