main-post-cover

    Avropa Birliyinin yeni qanun layihəsi smartfonlardakı batareyaların dəyişdirilməsini sadələşdirəcək

    Elm & Texnologiya
    26.02.2020
    Farid Pardashunas
        Bir çox müasir smartfonların istifadəçiləri fərdi şəkildə öz cihazlarının batareyalarını dəyişə bilmirlər. Belə ki, həmin smartfonlar ev şəraitində bu prosesin yerinə yetirilməsi imkanını vermir. Nəticədə smartfonların batareyalarını dəyişmək üçün servis mərkəzlərindən istifadə etmək lazımdır. Lakin yeni məlumat sızıntısına əsasən Avropa Birliyi tərəfindən hazırlanan yeni qanun layihələri smartfon istehsalçılarını batareyaların dəyişilmə prosesinin sadələşdirilməsinə məcbur edəcək. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Avropa Birliyində hal hazırda nəzərdən keçirilən təklifin əsasında o ideya var ki, batareya ömrünün bitməsindən sonra istifadəçinin onu fərdi şəkildə dəyişdirməsinə görə yeni smartfon modelinin alınmasına ehtiyac qalmayacaq. Bu isə öz növbəsində elektron tullantılların sayını azaldacaq. Gözləntilərə əsasən bu layihəni əks etdirən sənədin təfərrüatları mart ayında bəlli olacaq. İnsayderlərin məlumatlarına əsasən sözügedən qanun layihəsi artıq final redaktə prosesindən keçir.
        Smartfon istehsalçılarına tətbiq olunacaq bu yeni tələb yanvar ayının sonunda təsdiq edilmiş şarj portlarının və USB Type-C istifadəsinin vahidləşdirilməsi layihələrini tamamlayacaq. Siyasətçilər tərəfindən qəbul edilmiş bu cür qərarlar elektron tullantıların azaldılması üçün nəzərdə tutulub və bu məsələdə məsuliyyyət istehsalçıların çiyinlərinə düşəcək. Bundan əlavə olaraq satılmamış cihazların Avropa Birliyi regionunda məhv edilmələrinin qadağası qərarı da qəbul ediib. Bunun yerinə onlardan ikincidərəcəli xammal kimi istifadə olunacaq.  
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər