main-post-cover

    Avstraliyadakı polislər şübhəli bilinən şəxsin xarici görünüşünü DNT əsasında təyin edəcəklər

    Elm & Texnologiya
    02.01.2022
    Farid Pardashunas
        Cinayətkarların yaxalanmaları üçün polislər çox zaman fotorobotlardan istifadə edirlər. Lakin Avstraliyanın hüquq mühafizəçiləri bu iş üçün daha təkmilləşdirilmiş üsuldan istifadə etmək niyyətindədirlər. Massively Parallel Sequencing (MPS) adlı texnologiyanın yaradıcıları bildiriblər ki, bu texnologiya cinayət yerində aşkar edilmiş DNT nümunələrinin əsasında şübhəli bilinən şəxsin cinsini, gözlərinin rəngini və hətta hansı ölkəyə aid olduğunu proqnozlaşdıra bilir. Yaxın zamanda sözügedən texnologiya daha da təkmilləşdiriləcək və gözləntilərə əsasən o, bu və ya digər şəxsin saç rəngini, yaşını, çəkisini və boyunu da proqnozlaşdıra biləcək.
        DNT ardıcıllığı prosesi uzun DNT zəncirlərində olan məlumatları deşifrələməkdə yardımçı olur. Bu isə öz növbəsində analiz imkanlarını genişləndirir. Yaxın gələcəkdə Avstraliyanın hüquq mühafizə əməkdaşları MPS texnologiyasından istifadə etməyə başlayacaqlar. Verilmiş məlumatda qeyd edilib ki, sözügedən texnologiyanın irimiqyaslı istifadəsindən öncə onun dəqiqlik testləri keçirilib. DNT analizinin bu cür üsulu həmçinin itkin düşmüş şəxslər üzrə istintaqların aparılmasında da istifadə ediləcək. Qeyd etmək lazımdır ki, buna bənzər texnologiyalar artıq bəzi ölkələrdə istifadə edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər