main-post-cover

    Avstraliyalı astronavt: 'Richard Branson-un kosmik turizm ideyası təhlükəli və faydasızdır'

    Elm & Texnologiya
    18.12.2018
    Farid Pardashunas
        Avstraliyalı astronavt Andy Thomas düşünür ki, Richard Branson-un kosmik turizm ideyası yüksək olmayan hündürlükdə təyyarə vasitəsilə edilən ölümcül təhlükəli bir uçuşdur. Astronavtın fikrincə təyyarənin uçuş yüksəkliyi, onu kosmik uçuş adlandırmağa imkan vermir. Bu barədə The Guardian saytı xəbər verib. Astronavt Andy Thomas 4 dəfə kosmosda olub. O, Richard Branson-un Virgin Galactic şirkətinin ideyasının heç də kosmik turizm olmadığını düşünən ilk şəxs deyil.
        Keçən həftə Virgin Galactic şirkəti özünün SpaceShipTwo adlı kosmik aparatının ilk uğurlu test uçuşunu reallaşdırdı. Kosmik aparat 13 km yüksəklikdə xüsusi təyyarədən ayrılaraq 82 km yüksəkliyə çata bildi. Bir sözlə kosmik aparat səs sürətini 3 dəfə keçdi. Virgin Galactic şirkəti üçün isə bu, rekord yüksəklik göstəricisidir. Lakin şirkətin bu uğuru insanlar arasında həmin yüksəkliyin kosmos hesab edilib-edilməməsi barəsində mübahisələr yaratdı.
        İctimaiyyətə məlum olan məşhur hava sərhədi Karman liniyasıdır (100 km yüksəklik). NASA-nın fikrincə isə kosmos 122 km yüksəklikdən sonra başlayır. Atmosferin harda bitdiyi və kosmosun hardan başlaması sualı indiyənə kimi açıq şəkildə qalır. Bu barədə fikir müxtəlifliyi isə çoxdur. Richard Branson-un gələcəkdə uğur qazanması onun, müştərilərin həqiqətən də kosmosa uçduqlarına onları inandıra bilməsindən asılı olacaq. Andy Thomas-ın fikrincə 82 km yüksəklik yetəri göstərici deyil. “Bununla belə təyyarə kosmos sərhədində qala bilmir. İnsanların kosmosa göndərilməsi üçün nəzərdə tutulmuş texnologiya kimi bu, inkişafdan geri qalmış mərhələdir” – deyə Andy Thomas bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər