
Avstriyada kiber hücumları reallaşdırmış türk hackeri ələ keçirildi
Elm & Texnologiya
07.05.2017
Farid
Kiber hücumlar ilə Avstriyada ortalığı bir-birinə qatan ürk hacker tapıldı!
Avstriyada gündəlik yayımlanan qəzetlərdən Kurier-in bir hərbi kəşfiyyat vəzifəlisinə əlaqələndirdiyi xəbərinə görə ölkənin
rəsmi orqanları tərəfindən ələ keçirilən, kiber hücumların ardındakı türk
hackerların şəxsiyyətləri məlum oldu. Avstriya
Ordusu Kəşfiyyat Ofisi, etdiyi axtarışlar nəticəsində ölkədəki rəsmi təşkilatlara
edilən kiber hücumların arxasındakı türk hackerın şəxsiyyətinin müəyyən
edildiyini açıqladı. ABŞ mərkəzli xəbər agentliyi ilə əlaqə yaradan kəşfiyyat xidməti səlahiyyətliləri, qəzetdə
çıxan xəbərlərin doğru olduğunu ifadə edib. Kurier qəzetinin xəbərinə görə
Avstriyadakı çox sayda kompüterin məruz qaldığı kiber hücumların arxasında,
ABŞ-ın Kentucky ştatında yaşayan Arslan A. adlı bir türk var. Avstriya parlamentinin 7
Fevral 2017-ci ildə etdiyi şərhdə isə saytın 20 dəqiqə boyunca bağlı qalmasına
səbəb olan hücumun Aslan Neferler Qrupunun boynuna götürdüyünü açıqladı.
Qəzetə görə Arslan A., qardaşı və daha bir ailə üzvü ilə üç yataq otağı və iki hamam otağı olan bir evdə
yaşayır. Peşəsinin nə olduğu soruşulan Arslan A. Kiber təhlükəsizlik mütəxəssisi olduğunu, ABŞ
ilə çox yaxın əlaqəsinin olmadığını və Facebook-dakı çox dostunun türk
olduğunu söyləyib. Arslan A.-nın kiber hücumu reallaşdırmaq üçün 150 ölkədən
600 kompüteri istifadə etdiyi ifadə edildi. Qəzetdə yer alan ifadələrə görə bu,
nisbətən kiçik bir sistemdir. Əlavə olaraq türk hacker, yalnız Avstriyaya
deyil, Türkiyə əleyhinə görünən bir çox sayta da hücum edib. Qəzet, "Bu
milliyyətçi kiber hücumların türk kəşfiyyat xidməti MİT-in bir qolu olaraq dövlət
adınamı edildiyini, yoxsa ölkəsinin xilaskarımı olduğunu müzakirə etmək mənasız
olar . Hücumların arxasındakı əsl səbəbləri tapmaq çətin olacaq" ifadələrindən
istifadə etdi.
Paylaş
Bənzər xəbərlər