
Avtomobil ilə Apple Store-a hücum edib oğurluq etdilər
Elm & Texnologiya
07.05.2017
Farid
Apple mağazasının maraqlı oğurluq hadisəsi Palo-Alto-da baş verib.
Belə ki, cinayətkarlar oğurlanmış Kia Soul avtomobili vasitəsilə mağazanın şüşə qapılarını sındırıb vitrində olan
bütün "Apple” cihazlarını oğurlayıblar. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən hadisə səhər radələrində baş verib.
Cinayətkarlar boz rəngli Kia Soul avtomobilini oğurlayıblar və Apple mağazasına
tərəf yol alıblar. Mağazanın şüşə qapılarını sındıraraq cinayətkarlar "Apple”
istehsalı smartfon, planşet və noutbookları oğurlayıblar. Oğurlanmış cihazların
ümumi dəyəri hələki açıqlanmır. Cinayətkarlar isə hadisə yerindən digər
avtomobil ilə uzaqlaşıblar.
Polislər cinayətkarların hadisə
yerindən uzaqlaşdıqları avtomobili tapıblar və şahidlərdən bütün ifadələr
alınaraq hadisənin gedişatını təyin ediblər. Oğurluq hadisəsi öncədən
planlaşdırılmışdı. Belə ki, cinayətkarlar tamamilə professionallıqla bu işi
görüblər. Polislərin məlumatlarına əsasən Palo-Alto-da texniki cihazların
satıldığı mağazalar hücum edən cinayətkar qruplaşması fəaliyyət göstərir. Cinayətkarlar
bir maşınla mağazaya daxil olub ordakı məhsulları oğurlayır və digər bir
avtomobil ilə hadisə yerindən uzaqlaşırlar. Apple mağazası ilə olmuş hadisədən
sonra 8 nəfər yaxalanıb, 4 nəfər isə şübhə altındadır.
Paylaş
Bənzər xəbərlər