
Avtomobil qiymətinə Kreslo!
Elm & Texnologiya
07.05.2017
Farid
Astronomik bir qiymətə satılan Elysium adlı kreslo oturduğu yerə həqiqətən amma "həqiqətən” önəm verən istehlakçılara xitab edəcək. Elysium, qiymətinə baxmayaraq tam bir mühəndislik əsəridir.
Dayanın
və kompüter arxasında oyun oynayarkən, ofisdə işləyərkən və ya internetdə gəzinərkən
sərf etdiyiniz vaxtı bir düşünün. Bütün bunları bir kresloda əyləşərək
edirsiniz və beləcə bədəniniz də zaman keçdikcə yorulur, sanki fərqli formalara
bürünür.
Ofis
məmulatlarının satıldığı "Staples”da satışa çıxarılan Elysium adlı kreslo heç
ucuz deyil lakin tam bir mühəndislik əsəridir. Elysium, Yunan mifologiyasında "qüsursuz
yer, cənnət kimi bir yer” mənasına gəlir.
Biotexnika
sahəsində Doktorluğu olan Deyvid Haq tərəfindən hazırlanan kreslo üzərində 10
il xərcləndi və hazırki qüsursuzluğuna çatdı. Kreslonun fərqli texnologiyasında
fərqli sirrlər var və üzərinə oturduğunuz zaman inanılmaz rahat hiss etməyinizə
səbəb olur.
Elysium-a söykəndiyinizdə bir "zəif nöqtə” üzərində
olursunuz və bu şəkildə sanki heç çəkiniz yox imiş və ya cazibə qüvvəsinin
olmadığı bir mühitdə olduğunuzu hiss edirsiniz. Bədəndəki bütün sinirlər və
oynaqlar da bir tarazlıq vəziyyətinə keçir. Bir digər deyişlə, qısa istirahətlər
üçün bu kreslo möhtəşəm bir vasitədir.
Təbii
ki, bütün bu cəzbedici xüsusiyyətlərlə birgə qiyməti heç də ucuz deyil və karbon
fiber örtükdən hazırlanan Elysium, 26 min dollar qiymət etiketi ilə satılacaq.
Skandinaviya dərisindən emal edilən kreslo, 70 fərqli rəngdə təqdim edilir.
Paylaş
Bənzər xəbərlər