Avtomobillər üçün MediaTek Dimensity Auto adlı platforma təqdim edilib
Elm & Texnologiya
19.04.2023
Emil
MediaTek şirkəti Dimensity Auto adlı hardware platformasını təqdim edib. Sözügedən platforma adi avtomobilləri smart avtomobillərə çevirmək üçün nəzərdə tutulub. Şirkət bu platformaya nələrin daxil olduğu barəsində məlumat verib. Dimensity Auto öz əsas diqqətini prosessorda və digər hardware komponentlərdə cəmləşdirir. Bu yeni platformanın tərkibinə MediaTek şirkətinin bir neçə orijinal texnologiyası daxildir. Dimensity Auto Cockpit, Connect, Drive və Component. Dimensity Auto Cockpit sürücü ilə sərnişinlərə məlumatların çatdırılması mövzusunda bütün həlləri özündə birləşdirir.
Bura daxildir multimedia sisteminin idarəsi üçün olan 3 nanometrlik çiplər, süni zəka proseslərinin yerinə yetirilməsi üçün ayrılmış sistem blokları, kameralardan əldə edilmiş videoların emalı sistemi, deep learning sürətləndiricilərinə sahib multiprosessorlar və təsvirlərin emalı modulu. Dimensity Auto Connect avtomobilin şəbəkə altsistemi rolunda çıxış edir. O özündə 5G, Wi-Fi 7, Bluetooth, naviqasiya və peyk şəbəkəsi texnologiyalarını birləşdirir. Dimensity Auto Drive ilə Auto Component isə avtomobildə avtopilot sisteminin reallaşdırılması üçün nəzərdə tutulmuş prosessorları və digər hardware komponentləri təklif edir. Dimensity Auto platforması əsasında çalışacaq avtomobillərin nə zaman satışa çıxacaqları məlum deyil.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar