Logo
    main-post-cover

    Avtomobillər üçün nəzərdə tutulmuş Samsung Exynos Auto V920 prosessoru barəsində məlumatlar verilib

        Samsung şirkəti bir neçə müddət bundan öncə avtomobillər üçün təqdim edilmiş Exynos Auto V920 adlı prosessor barəsində məlumatlar verib. Məlumatda qeyd edilib ki, sözügedən prosessor AMD RDNA 2 arxitekturası əsasında hazırlanmış qrafikanı, çoxlu sayda nüvəni və avtomobillər üçün olan prosessorlara xas olmayan bəzi özəllikləri əldə edib. Exynos Auto V920 prosessoru 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb.
        Onun əsasında 10 nüvəli Cortex-A78EA adlı prosessor dayanır. Prosessorun tərkibindəki 10 nüvə isə 3 klasterə (4 + 4 + 2) bölünüb. Samsung-un verdiyi məlumata əsasən Exynos Auto V9 adlı daha öncəki prosessor ilə müqayisədə Exynos Auto V920-nin performans göstəricisi 70% yüksəlib. Prosessorun multimedia imkanlarından AMD RDNA 2 arxitekturası əsasında hazırlanmış Xclipse qrafik çipi cavabdehdir. Bu qrafik çip eyni anda yüksək keyfiyyətli 6 ədəd ekranın idarəsini reallaşdıra bilir.
        Exynos Auto V920-nin tərkibinə həmçinin 23,1 TOPS performans göstəricisinə sahib 2 nüvəli köməkçi neyron prosessoru (NPU) daxildir. Köməkçi neyron prosessor sürücüyə intellektual və avtopilot funksiyalarını təqdim etmək üçün kameralar vasitəsilə ətraf mühitdəki obyektləri tanıya bilir. Exynos Auto V920 o cümlədən LPDDR5 standartlı RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Hyundai artıq 2025-ci ildə bu yeni prosessoru öz avtomobillərinə inteqrasiya edəcəyini bildirib.
    Paylaş
    Bənzər xəbərlər