main-post-cover

    Ay süxur nümunələrində qrafen aşkar edilib

    Elm & Texnologiya
    05.08.2024
    Emil Nəcəfov
         2020-ci ilin dekabr ayında Çinin Chang'e-5 adlı kosmik aparatı uğurlu şəkildə Ay səthindən süxur nümunələrini Yer kürəsinə çatdırmışdı. Həmin vaxtdan indiyənə kimi mütəxəssislər Ay süxur nümunələrini analiz etməkdə davam edirlər. Hətta bir neçə müddət bundan öncə rəsmi olaraq məlum oldu ki, 2020-ci ildə Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrinin tərkiblərində su aşkar edilib. İndi isə həmin nümunələrin tərkiblərində qrafen materialı aşkar edilib.
         Qeyd etmək lazımdır ki, Yer kürəsində ən güclü material hesab edilən qrafen adətən laboratoriya şəraitində sintez olunur. Lakin Ay süxur nümunələrində bu material təbii formada aşkar edilib. Mütəxəssislər 2.9x1.6 mm ölçüdə olan süxur nümunəsini analiz edərək onun tərkibində qrafit və qrafen formasında karbon aşkar ediblər. Aparılmış əlavə analizlər nəticəsində təyin edilib ki, süxur nümunəsi tərkibində aşkar edilmiş qrafen yüksək temperatur şəraitində formalaşıb və bu prosesə dəmir tərkibli minerallar təkan veriblər. Qrafenin təbii yolla formalaşma prosesinin analizi onun Yer kürəsində süni yolla sintez üsullarını yaxşılaşdırmağa imkan verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər