Azərbaycan BTİ Şurasına üzvlük üçün namizədliyini irəli sürüb
Elm & Texnologiya
30.04.2026
Farid
Azərbaycan nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının iclasında iştirak edib.
Technote.az xəbər verir ki, iclasda Bakıda keçirilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının hesabatı müzakirə olunub. Həmçinin qarşıdakı konfranslara hazırlıq məsələləri diqqət mərkəzində olub.
Gündəlikdə BTİ-nin Səlahiyyətli Konfransı, 2027-ci il Ümumdünya Radiorabitə Konfransı və Radiorabitə Assambleyasına hazırlıq yer alıb. Eyni zamanda 2028–2031-ci illər üzrə Strateji və Maliyyə Planı müzakirə edilib.
Məlumata görə, Azərbaycanın BTİ Şurasına 2027–2030-cu illər üzrə namizədliyi təqdim olunub. Bununla yanaşı, “Azərkosmos” nümayəndəsinin Radio Tənzimləmə Komitəsinə üzvlüyü üçün də namizədlik irəli sürülüb.
İclas çərçivəsində Azərbaycan nümayəndə heyəti BTİ rəhbərliyi ilə görüş keçirib. Görüşdə ölkədə rəqəmsal inkişaf sahəsində görülən işlər təqdim olunub.
Bundan əlavə, bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər baş tutub. Bu görüşlər telekommunikasiya və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Paylaş
Bənzər xəbərlər