Azərbaycan Çinlə birgə e- ticarət platforması yarada bilər

Azərbaycan Çinlə birgə e- ticarət platforması yarada bilər

Texnologiya
20.09.2018 PAYLAŞIM

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Azərpoçt MMC-də Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Technote.az-a verilən məlumata görə, məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.

İkitərəfli görüşdə D.Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Sözügedən platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb.

Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub. Eyni zamanda, Çindən sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən Silk Way aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub.

Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.

Qeyd edək ki, Azərpoçt MMC, Silk Way və Çinin Aerotrans şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Facebook-un Libra adlı kriptovalyutasının Avropa Birliyində istifadəsinə qadağa ..

Avropa Birliyinə daxil olan ölkələrin maliyyə nazirləri Facebook kriptovalyutasının Avropa Birliyind..


Apple şirkəti iPhone 11 Pro-ların öz istifadəçilərini izləmələri iddiasını təkzi..

Kompüter təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssis Brian Krebs dünən bildirmişdi ki, iP..


Əsl film ssenarisi: Kreativ hacker çox maraqlı üsul ilə 1 milyon dollar oğurladı..

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point şirkəti çox kreativ bir hackeri aşkar ed..


Wi-Fi 6 testləri tamamlandı: Saniyədə 10Gb fayl yükləmək mümkün olacaq

Wi-Fi 6 texnologiyası ilə birliktə artıq internet sürəti daha stabil və optimal olaraq işləyə biləcə..


Məşhur analitik 2021-ci il iPhone-lar barədə məlumatlar verdi

Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam..


Snapdragon 865 prosessorlu ilk smartfon test edildi (VİDEO)

Yeni flaqman prosessor modeli olan Snapdragon 865 ilə birlikdə Qualcomm şirkəti bu prosessor vasitəs..