main-post-cover

    Azərbaycan fişinq hücumlarında neçənci yerdədir?

    Elm & Texnologiya
    30.08.2018
    Bot Lala
    Azərbaycan istifadəçiləri cari ildə MDB məkanında fişinq proqramların hücumu ilə ən az üzləşiblər.
    Technote.az bildirir ki, bu, Kaspersky Lab-ın Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan və Ermənistanda apardığı müşayiətlərin nəticələrində qeyd olunur.
    Belə ki, cari ildə Azərbaycanda fişinq proqramları ilə istifadəçilərin 11,28%-i üzləşirsə, Rusiyada bu göstərici 17,38%, Belarusda isə 15,95% təşkil edir. Bununla belə, bu il ərzində Azərbaycanda istifadəçilərin 1,5%-i bank troyan proqramlarının hücumuna məruz qalıb.
    Bu mənada ən böyük göstərici Ermənistanda (1,53%), ən aşağı göstərici isə Rusiyada (0,65%) qeydə alınıb. Android mobil əməliyyat sistemi üçün zərərverici bank tətbiqlərin hücumuna görə isə Azərbaycan 5 ölkə arasında ən aşağı göstəriciyə malikdir - 0,08%. Ən çox bu cür hallar Rusiyada (1,15%) və Qazaxıstanda (0,25%) qeydə alınır.
    Kaspersky Lab onu da bildirib ki, bu il ərzində Azərbaycanda istifadəçilərin 0,04%-i "mayner" proqramların hücumları ilə üzləşiblər. Bu mənada ən böyük göstərici Rusiyada (1,11%) qeydə alınıb. (Report)
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər