main-post-cover

    Azərbaycan internet istifadəçiləri problemlə üzləşə bilər-Rəsmi

    Elm & Texnologiya
    10.09.2018
    Bot Lala
    Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarlarının dəyişdirilməsi planlaşdırılıb
    Technote.az bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, bu texniki əməliyyat dünyada ilk dəfə reallaşdırılacaq. Bu prossesin adi istifadəçilərə cuzi təsiri ola bilər. Belə ki, yeniləmədən sonra 48 saat ərzində dünya üzrə bəzi istifadəçilərin ayrı-ayrı resurslara daxil olmaq istəyərkən çətinliklə üzləşmə ehtimalı var.
    Belə olan halda, sistem "server failure" və ya “SERVFAIL” səhvini göstərə bilər. Sözügedən kriptoqrafiyDa açarları 2010-cu ildə yaradılıb. Bu açarlar təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərinin hazırsızlıq olması bu prosesi təxirə salmışdı. Artıq, dünyanın əksər provayderləri, o cümlədən Azərbaycan provayderləri bu prossesə hazırdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər