
Azərbaycan Texniki Universitetində “Nar” günü keçirildi
Elm & Texnologiya
07.05.2017
Farid
"Nar” fərqlənən tələbələr üçün xüsusi mükafat təsis etdi
"Nar” özünün KSM strategiyası çərçivəsində Azərbaycan
Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Bir neçə ay öncə Azərbaycan Texniki Universitetində xüsusi avadanlıqlarla təchiz
edilmiş "Nar” laboratoriyasının açılışını edən mobil operator AzTU ilə olan əlaqələrini
müxtəlif istiqamətlərdə inkişaf etdirir.
13 oktyabr 2016-cı il tarixdə AzTU-da təşkil edilən "Nar”
günü proqramı çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin
seçiləcəyi barədə elan verildi. Beləliklə, hər semestrdə ən yaxşı nəticələri
göstərmiş 3 tələbə artıq "Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək.
İmtahan sessiyasında göstərdikləri nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü
yerləri tutmuş tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar. Təhsil
və maariflənmənin inkişafına xüsusi önəm verən "Nar”-ın bu təşəbbüsü tələbələrə
dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verəcək.
Xatırladaq ki, Azərbaycan Texniki Universiteti ilə
imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində universitetdə
"Nar” GSM laboratoriyası yaradılmış, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri
biliklər və təcrübə əldə etmək fürsəti qazanmışlar. "Nar”-ın müasir telekommunikasiya avadanlığının
quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr
üçün təlimlər və seminarlar keçirilir. Proqram çərçivəsində praktiki biliklərini
inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil
operatorda ilk addımlarını atmışdır. Universitetdəki laboratoriyanın təchizatı və
tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı "Nar”-ın
gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.
"Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı
nar.az saytından öyrənmək olar.
Paylaş
Bənzər xəbərlər