main-post-cover

    Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - 'NASA Space Apps Challenge' keçiriləcək

    Elm & Texnologiya
    23.09.2019
    Farid Pardashunas
        “Azərkosmos” ASC, ADA Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA ) tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu – “NASA Space Apps Challenge” keçiriləcək.
        Bildirilib ki, “NASA Space Apps Challenge Hackathon” müsabiqəsi zamanı iştirakçılar – tələbələr və hackathon həvəskarları 2 gün ərzində təxminən 48 saat müddətində verilən tapşırıq üzərində işləyərək məhsul təqdim etmək üçün bir araya gələcəklər. Yarış iştirakçıları öz təcrübə və biliklərini digərləri ilə bölüşməklə yanaşı, “NASA Space Apps Challenge Hackathon”u çərçivəsində innovativ məhsul yaratmaq imkanı əldə edəcəklər.
        Hackathon oktyabrın 18-20-də Bakıda ADA Universitetində baş tutacaq. Müsabiqədə qalib komanda üçün mükafat 10 min manat nəzərdə tutulub. İkinci yerin sahibi 5 min manat, üçüncü yerdə qərarlaşan komanda isə 2500 manat mükafat qazanacaq.
        Təşkilatçılar bildirib ki, “NASA Space Apps Challenge” Yer və kosmosu anlamaq təcrübəsi əldə edərək, həmfikir komanda yoldaşını tapmaq və hacking bacarıqlarını nümayiş etdirmək üçün yaxşı bir fürsətdir. İştirakçılar əhatələrini genişləndirmək, mentorlardan və mütəxəssislərdən, eləcə də bir-birindən öyrənmək şansı əldə edəcəklər.
        Həmçiinin Facebook event-nin link-nı təqdim edirik: https://www.facebook.com/events/2383003985291036/
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər