Azərbaycanda Medtech

Azərbaycanda Medtech

Texnologiya
09.07.2020 PAYLAŞIM

    Texnoloji innovasiyalar – insan həyatının bütün sahələrində əsas hərəkətverici mexanizmdir. Tibb də istisna deyil. 

    Müasir tibbin iş prinsipi – erkən diaqnostikanın təmin edilməsi, xəstəliklərin müəyyən edilməsi metodlarının işlənib hazırlanması, fərdi yanaşmanın təşkili və əhalinin müalicə imkanları barədə məlumatlandırılması. 


    Tibbi texnologiyalardan (sonradan – MedTech) istifadə insanlara həmin prinsiplərə riayət etməyə və öz həyatlarının keyfiyyətini yüksəltməyə imkan verir. 

    Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedTech  layihəsinin yaradıcısı, həkim Azər İsmayıllı danışacaq. 

    Texnoloji innovasiyalar sahəsindəki layihə müəllifləri insanlara faktiki olaraq hansı faydaları verə bilər? 

- 1. İdarəetmənin istehlakçının əlinə verilməsi. İxtisaslaşdırılmış xidmətlər tərəfindən toplanan məlumatlar vətəndaşlara öz sağlamlığımı idarə etməyə: ümumi vəziyyətini müşahidə etməyə, pəhrizə əməl etməyə, dərman qəbuluna nəzarət etməyə və müalicə dinamikasını izləməyə imkan verəcək. 

- 2. Xəstələrin xəstəxanadan kənar monitorinqinin aparılması üçün rəqəmsal alətlərin sayının artması. 

- 3. Daim əlçatan olmalı məlumatın həcminin artması. 

- 4. Teletibbin inkişafının son istifadəçi üçün daha əlçatan olması. 

- 5. Əczaçılıq seqmenti üçün rəqəmsal imkanların inkişaf etməsi. 

    Müxtəlif ölkələrdə tibbi texnoloxiyaların tətbiqinin hansı variantları təklif olunur? 

- Məsələn, ABŞ-da xəstənin vəziyyəti haqqında məlumatı toplayan platforma mövcuddur və fərdiləşdirilmiş tibb üçün real vaxt rejimində qərarların qəbul edilməsinə dəstək alətinə çevrilir. 

    Almaniyada sistem hazırlanır, həmin sistem sağlamlıq haqqında kliniki məlumatları təhlil edir, sonra isə data sciencemaşın təlimində istifadə edərək, müxtəlif kliniki tədqiqatlar üçün stratifikasiya (qruplara ayırma) aparır. Texnologiya xəstəyə məhz hansı müalicənin uyğun olduğunu dəqiq müəyyən etməyə imkan verir. 

    İsrail hal-hazırda öz vətəndaşlarına bütün sağlamlıq göstəricilərini uzaqdan müşahidə etməyə kömək edən portativ cihaz təklif edir.  Cihaz vasitəsilə müayinəyə auskultasiya (dinləmə), temperaturun ölçülməsi, quraşdırılmış kameranın köməyi ilə ağız boşluğunun müayinəsi və otoskopun köməyi ilə qulaq keçəcəyinin müayinəsi daxildir. 

    Rusiyalı mütəxəssislər xarici həmkarlarının ideyasını təkrarlayaraq, platforma yaradıb. Həmin platforma məlumatın elektron şəkildə işlənməsini, təsdiqlənməsini və saxlanılmasını həyata keçirməklə tibbi xidmət sahəsindəki problemləri həll edir. “Rəqəmsal kart” uzun illər ərzində toplanmış məlumatı saxlamağa imkan verir və bu, diaqnostika və müalicənin keyfiyyətini yaxşılaşdırır. Həmçinin digər bir platforma həkimin seçilməsi və onların qəbuluna yazılma üzrə onlayn-xidməti təklif edir. Xidmət reytinq, qəbul coğrafiyası, qiymət və xəstələrin rəylərinə görə seçim etməyi təklif edir. Daha bir onlayn-xidmət həkimi evə çağırmaq imkanını təqdim edir. Şirkətdə yalnız pediatrlar və ilkin müayinə aparan terapevtlər işləyir. Həkim müştəriləri müayinə edir, xəstəlik vərəqəsi yazır, necə müalicə olunmağı izah edir və zəruri hallarda xəstəxanada digər mütəxəssislərə müraciət etməyi tövsiyə edir. Burada bütün təklif olunan xidmətlərin şübhəsiz faydasını, lakin pərakəndəliyini qeyd etmək lazımdır. 

    Bəs Azərbaycandakı tibbi texnologiyalar nə təklif edir? 

- Reallıq belədir ki, klinikalar indiyədək Türkiyəli mütəxəssislərin xəstələrin uçotunun aparılması, həkimin iş qrafikinə dəyişiklik edilməsi üçün yaratdığı proqramlardan istifadə edir. Son istehlakçıların belə platformalardan istifadə etməsi imkanından söhbət belə getmir. Həmçinin müxtəlif məlumatverici-maarifləndirici saytlar, evə dərman vasitələrinin sifariş edilməsi üçün saytlar və mobil tətbiqlər mövcuddur. 

    Medprosvet adlı sayt və sosial şəbəkədə açıq qrup həm vətəndə, həm də digər ölkələrdə on minlərlə istifadəçi üçün məlumat platformasına çevrilib. Maarifləndirici xarakterli məqalələr, həkimlərlə müsahibələr, təlimatlandırıcı video çarxlar əsas yazıların yerini dərhal tuta bildi. Medprosvetin mütəxəssisləri ailə həkimi rolunu öz üzərinə götürdü və pandemiya dövründə, xüsusən də iki günlük lokdaunlar zamanı çox aktual olan onlayn-konsultasiyalar verdi. Çox vaxt iş konsultasiya ilə bitmirdi. US-müayinələr və hətta bəzi analizlər tamamilə pulsuz aparılırdı. Üç il ərzində Azərbaycan əhalisi pulsuz və güzəştli aksiyalarda ən azı 1 000 000 manata qənaət etdi. Medprosvet həmçinin xeyriyyəçiliklə məşğul olur. Hamiliyə götürülən onlarla xəstə pulsuz əməliyyat olunmaq, dərmanlar əldə etmək imkanı qazandı.   

    Şirkət həmçinin tibb müəssisələri və MedTEch layihələr üçün konsaltinq təqdim edir. 

    Azərbaycanda həm ambulator, həm də stasionar klinikalar üçün proqram təminatını hazırlayan və tətbiq edən Buta SoftMedhis kimi yerli MedTech şirkətlər fəaliyyət göstərir. Həmin proqramlar məlumat saxlama bazası, tibb müəssisəsinin həkimləri və rəhbərliyi üçün CRM-sistem kimi işləyir. Bu sistemlərdə pasientin “tərəfi” mövcud deyil. 

    Aptekonline.azDərmantap  dərman preparatlarının onlayn sifarişi üzrə ixtisaslaşır. Təqdim olunan kataloqlarda vətəndaşlar mövcud dərman preparatlarını, həmçinin hansı yaxın aptekdən ala biləcəklərini görə bilir. Sifarişi Aptekonline.az saytından və Dərmantap  mobil tətbiqindən etmək olar. Qeyd etmək istəyirəm ki, bu, preparatların çatdırma ilə təqdim olunması üzrə əməkdaşlıq edən iki müxtəlif şirkətdir. Covid-19 pandemiyası dövründə bu da aktual məsələyə çevrilib. 

    Həkimtap E-tibb öz istifadəçilərinə uyğun mütəxəssisi, apteki və ya klinikanı tez və asan tapmağa imkan verir. Həmin layihələr özünü peşəkar data baza kimi təqdim edir. Həkimtap artıq “Doctortap" adı ilə Ukrayna bazarına çıxıb. 

    BakuMedinfo 2010-cu ildən etibarən həm Bakının tibb müəssisələri üzrə, həm də dərman preparatları üzrə məlumat kitabçası kimi işləyən rusdilli layihədir.  İşlədiyi illər ərzində layihə Azərbaycan tibbi, səhiyyə sahəsi ilə bağlı hadisələr haqqında gündəlik çap olunan materialların və digər mövzuların bütün arxivinin toplandığı resursa çevrilə bilib. 

    E-Təbib – insanların pandemiya şəraitində qarşılıqlı əlaqəsinə nəzarət məqsədilə “TƏBİB” tərəfindən yaradılan mobil tətbiqdir. İstifadəçinin yanında  Covid-19-a yoluxmuş şəxs olduqda, proqram Bluetooth vasitəsilə onu  bu barədə məlumatlandırmağa, analizlərin cavabını, yaşayış yerini tərk etmək barədə icazəni almağa imkan verir, həmçinin Azərbaycanda koronavirusa yoluxanlar və sağalanlar barədə son statistikanı təqdim edir. 

    MD Referance – Səhiyyə Nazirliyinin həkimlər üçün yaratdığı mobil tətbiqdir, həm koronavirusa yoluxmuş, həm də digər patologiyalı xəstələrin aparılması üçün soraq kitabçası rolunu oynayır, proqram xəstələrin son müalicə protokollarını təqdim edir. Proqramdan istifadə klinika və xəstəxanaların işçi heyətinə göstərilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, həm də səhiyyə aləmindəki yeniliklərdən xəbərdar olmağa imkan verir. 

    Tələb təklifi yaradır. Bu gün Azərbaycan öz ölkəsinin vətəndaşlarına, həkimlərinə və klinikalarına, həmçinin digər ölkələrdən istifadəçilərə açıq “həkim-pasient” məkanında çoxlu sayda problemləri qlobal şəkildə həll edəcək Techealth məhsulunu təklif edə bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..


SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (..

SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Ro..


Məşhur Kodak şirkəti 1500% dəyər qazandı: Koronavirus təsiri

Məşhur Kodak şirkəti koronavirus dərmanlarının hazırlanmasında yardım göstərəcəyi üçün 1500% dəyər q..

×