main-post-cover

    Azərbaycanda təhsil müəssisələrinə sürətli internet çəkilir

    Elm & Texnologiya
    26.07.2018
    Bot Lala
    2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
     Bu barədə Technote.az-a Təhsil Nazirliyindən məlumat verilib.
    İndiyədək ATŞ-ə qoşulmuş 2370 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.
    2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82%-nə və pedaqoji heyətin 72%-nə faizinə bərabərdir.
    Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılmasının qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədi ilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur.
    Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər