Azercell-in Mobil Diş Klinikası pulsuz xidməti davam etdirir
Elm & Texnologiya
20.04.2018
Farid Pardashunas
Azercell Telekom MMC-nin Mobil Diş Klinikası ehtiyacı olan ailələrə, kimsəsizlərə, məcburi köçkünlərə
pulsuz xidmət göstərməyə davam edir. 2018-ci ilin ilk aylarında klinikanın həkimləri yüzlərlə ehtiyacı olan
insanları pulsuz müayinə və müalicə ediblər. Yanvar, fevral və mart aylarında bu unikal layihədən
Əhmədli qəsəbəsi 3 saylı uşaq evinin sakinləri və Pirşağa qəsəbəsində fəaliyyət göstərən Xocalı rayonu 2
saylı orta məktəbin 142 şagirdi yararlanıb.
Qeyd edək ki, Azərbaycandakı əksər uşaq evinin stomatoloji kabinetinin olmamasını nəzərə alan Azercell
Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, regionlarda yaşayan
kimsəsiz uşaqlara da yardım etməyi hədəfləyən Mobil Diş klinikası indiyə qədər ölkənin bir çox rayon və
şəhərlərində yerləşən uşaq evləri, internat məktəbləri, uşaq kəndlərində öz xidmətlərini göstərib.
Fəaliyyət göstərdiyi 7 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri
tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom
MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə
ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in
xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön
ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri
xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə
4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal”
və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların
nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ