Logo
    main-post-cover

    Azərkosmos 14 milyon dollar gəlir əldə edib

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın avqust sayı təqdim olunub.
    Techote.az bildirir ki, ixracda həm də xidmət ixracına yer ayrılıb.
    Məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında Azərkosmos ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
    İlin ilk 7 ayında Azərkosmos ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 14 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. Azərkosmos ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib.
    2018-ci ilin iyul ayında isə Azərkosmos ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. Azərkosmos ASC-nin 2018-ci ilin ilk 7 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridi
    Paylaş
    Bənzər xəbərlər