Logo
    main-post-cover

    Bakı sakininin telefonu partladı

    Ölkəmizdə nadir hallarda baş verən hadisə yaşanıb. Belə ki, şəhər sakinlərindən birinin telefonu partlayıb. Oxucunun Bizimyol.info-ya verdiyi məlumata görə, telefon divanın üzərindəykən bir anda alışıb və partlayıb: "Evdə oturduğumuz yerdə Samsung markalı telefon partladı və sonra alışmağa başladı. Hadisə evdəki körpənin yanında baş verdi. Xoşbəxtlikdən heç kimə heç nə olmadı. Uşaq qorxudan hələ də danışmır." 

    Oxucu güman edir ki, problem telefonun batareyasında olub. O, batareyanı yeni aldığını deyib və istifadəçiləri ehtiyatlı olmağa çağırıb.

    Bu bir daha saxta məhsulların hansı problemlərə və təhlükələrə səbəb olduğunun göstəricisidir.

    Bakı sakininin telefonu partladı
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Bakı sakininin telefonu partladı | Technote