main-post-cover

    Bakıda MDB ölkələri üçün kibertəhlükəsizlik təlimləri keçirilir

    Elm & Texnologiya
    05.09.2018
    Bot Lala
    Bakıda MDB ölkələri üçün kibertəhlükəsizlik üzrə regional təlimlər keçirilir.
    Technote.az bildirir ki, BTİ-nin üzvü olan MDB regionu ölkələrindən kibertəhlükəsizlik insidentlərinə reaksiya üzrə milli qruplar, kibertəhlükəsizlik ilə bağlı tənzimləyici orqanların numayəndələri ilə yanaşı Azərbaycanın aidiyyəti dövlət qurumlarının, telekommunikasiya operatorları, İnternet provayderlər, bankların və digər özəl şirkətlərin mütəxəssisləri iştirak edir.
    MDB-dən Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan olmaqla, Avropa və Asiyadan olan, ümumilikdə 14 ölkənin 75-dən artıq iştirakçısının qatıldığı tədbirdə beynəlxalq təşkilatları təmsil edən ekspertlər təlimlər keçəcəklər. Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə kibertəhlükəsizliyin qlobal xarakter daşıdığını diqqətə çatdıran nazir müavini bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib sayıb, ilk dəfə keçirilən regional təlimlərin bu yöndə atılan əhəmiyyətli addımlardan biri olduğunu deyib.
    Beynəlxalq Telekommunikasiya İttifaqının MDB ölkələri üzrə bölməsinin proqram koordinatoru Fərid Nəhli hər gün yenilənən hücum texnologiyaları fonunda BTİ-nin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətindən danışıb.
    Qeyd edək ki, təlimlər sentyabrın 7-dək davam edəcək. Kibertəlimlərdə 6 müxtəlif ssenari üzrə kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssislərin səriştələri sınaqdan keçiriləcək ki, bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər