Bakutel Tech Talks öz işinə başladı

Bakutel Tech Talks öz işinə başladı

Texnologiya
06.12.2018 PAYLAŞIM

    5 dekabr tarixində saat 14:00-da 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” Sərgi və Konfransı çərçivəsində Bakutel Tech Talks tədbirinin “Bizimkilər” adlı sessiyası öz işinə başladı. İctimai TV-nın tanınmış aparıcısı Vüsalə Səid Bakutel Tech Talks proqramının açılışını etdi. Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsi ilə bağlı idi. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etmək idi. Daha sonra “Kompüter obrazlarının tanınması üzrə kompleks təlim” barədə danışmaq üçün söz Zaur Fətəliyevə (Baş mühəndis, LG Electronics, Koreya) verildi. Elçin Əsgərli (Proqram təminatı üzrə mühəndis, Google, ABŞ) “Müasir kompleks proqram təminatı mühəndisliyi” məruzəsi ilə, Maral Qurbanzadə (Tədqiqatçı, “LIACS” İnstitutu (Leyden Kompyuter Elmləri İnstitutu), Niderland Krallığı) “Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri” mövzusu ilə, Tağı Əliyev (Tam ştatlı doktorant, “CERN” (Avropa Nüvə Tədqiqatları Təşkilatı)), “Süni İntellekt Tibbdə və Elmdə: Bilinən bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi”maraqlı çıxışı ediblər. Bu sessiya Rüstəm Həşimovun (Proqram təminatı üzrə baş mühəndis, Facebook, ABŞ) “Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması” məruzəsi ilə yekunlaşdı.    6 dekabr tarixində saat 11:00-da “Bakutel Tech Talks” proqramı “Baxış bucağınızı bizimlə İT-iləyin” şüarı altında panel müzakirələr ilə davam edəcək. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Birinci mövzu ilə televiziya texnologiyalarının inkişaf vektorlarına toxunulacaq. Sessiyanın moderatoru qismində AvtoStop layihəsinin müəllifi Tural Yusifov, müzakirələrdə isə KATV1 Yeni Layihələrin Gəlişdirməsi şöbəsinin müdiri Əli Əliyev çıxış edəcək.

    Daha sonra müzakirələr aşağıdakı spikerlərin iştirakı ilə “Nəqliyyat sahəsində İT texnologiyaları” paneli çərçivəsində aparılacaq: Ramin Bayramov – İnformasiya Təhlili və İnformasiya Texnoloqiyaları Şöbəsinin Müdiri, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Samir Kərimov 189 Taksi Xidmətinin İcraçı direktoru.

    Növbəti “Təhsil sahəsində İT texnologiyaları” adlı panelin moderatoru Cavid İsmayılovdur. Burada əsas spikerlər: Vüsal Xanlarov – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi, Araz Yusubov – İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı, ADA, Tatyana Mikayilova – Edutainment.az həmtəsisçi və Anar Məmmədov – Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini.

    Dördüncü panel “Turizm sahəsində IT texnologiyaları” adlanır, moderator – Nigar Arpadarai – F1 Azerbaijan GP Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, məruzəçilər: İldırım Qəmbərov – Baş direktor müavini, Pasha Travel, Məhəmməd Muradov – Dövlət Turizm Agentliyinin Turizm Siyasəti şöbəsinin rəhbəri, Rüfət Bağırov – Bakı Turizm İnformasiya Mərkəzinin direktoru.

    Elə həmin gün, yəni 6 dekabrda saat 15:50-də “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tala Katranın məruzəsi olacaq. O, həm ən müxtəlif texnologiyalar sahəsində nəhəng yüksək texnoloji şirkətlərin, həm də ilkin mərhələdə olan startapların idarə edilməsi sahəsində böyük təcrübəyə malikdir.

    Bu sessiyanın maraqlı məruzəçiləri arasında aşağıdakı şəxslər olacaq: Cavid Məmmədov, Sumaks Technologies MMC-nin Direktoru, Fərid Pərdəşünas, “Technote Media və Hotbots Robotics”-nin Təsisçisi, və PictoFy şirkətinin proqram təminatının işlənib hazırlanması üzrə gənc mütəxəssisi - Məqrur Rzayev.

    Bütün məruzələrin əsas ideyası “startap” sisteminin necə işlədiyinin və ideyadan işlək olan biznesə qədər “startapların” düzgün qurulma qaydalarının izah edilməsidir. Bu sessiya ideyalar tapmaq, yoxlamaq və həyata keçirmək, onlardan qazanc əldə etmək, ideyaların paylaşılmasının əhəmiyyəti və ideyanın oğurlanmadan necə paylaşılacağı barədə məlumat almaq istəyən şəxslər üçün tapıntı olacaq.

    Beləliklə, “Bakutel Tech Talks” proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevriləcəkdir.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 Pro-nun bir sıra texniki özəlliyi Geekbench vasitəsilə məlum oldu..

Keçən ilin sonunda satışa çıxmış Redmi K30 smartfonu alıcılar arasında çox məşhurlaşdı. Lakin bir ço..


Apple şirkəti FBI-dan olmuş şikayətlərdən sonra end-to-end şifrələnməsi ideyasın..

Apple şirkəti dəfələrlə cinayətkarların iPhone smartfonlarının blokdan çıxarılmasından imtina etməsi..


Samsung Galaxy S20 seriyası ilə qatlana bilən Galaxy Z Flip-in Avropa qiymətləri..

Bir neçə gün bundan öncə internetdə Galaxy S20 smartfon seriyası ilə qatlana bilən Galaxy Z Flip-in ..


Avropa Birliyi ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsinə 5 illik qad..

Avropa komissiyası ictimai yerlərdə üz tanıma sistemlərinin tətbiq edilməsi qaydalarına yenidən nəzə..


Microsoft-dan qəribə addım: Daxili WordPad proqramında reklam göstəriləcək..

Microsoft Windows 10-un yeni versiyası üzərində işlərə davam edir. Bu səfər şirkət WordPad proqramın..


Dünyanın ən bahalı ağ-qara şəkil çəkən kamerası: Leica M10 Monochrom

Leica firması kamera sensorları və kameraları ilə məhşur bir firmadır. Bu səfər ağ-qara çəkən Leica ..