main-post-cover

    Bank of Baku və STEP IT Academy əməkdaşlıq haqqında memorandum imzaladılar

    Elm & Texnologiya
    12.11.2018
    Emil Nəcəfov
    Beynəlxalq təhsil müəssisəsi ilə Azərbaycanın kommersiya bankı arasında əməkdaşlıq haqqında memorandum imzalandı.
    Öz fəaliyyət sahəsində gətirdiyi yenilikləri ilə daim öndə olan Bank of Baku ilə STEP IT Academy arasında imzalanmış memorandum əsasında istedadlı məzunlara Bank of Baku-nun peşəkar iş mühitində çalışmaqla öz bilik və bacarıqlarını artırmaları üçün imkan yaradılacaq və bank sektorundakı yenilikçi layihələrin işlənib hazırlanmasında onların birbaşa iştirakı təmin olunacaqdır.
    Qarşılıqlı əməkdaşlıq nəticəsində, həmçinin bank işçiləri də Akademiyanın kurslarından faydalana biləcəklər.
    Xatırladaq ki, 2018-ci ildə Akademiya Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral İnternet provayder şirkəti olan “AzerTelecom” MMC ilə, həmçinin Qafqazda ən böyük pərakəndə satış şirkətlərindən biri olan Sinteks ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.
    Bu gün STEP IT Academy bazarda öz yerini möhkəmlədib, yerli sakinlərin hörmət və etibarını qazanıb. Burada 15 – 55 yaş arası insanlar, həmçinin kiçik kompüter akademiyasında 9 – 14 yaşlı uşaqlar təhsil alırlar.
    Akademiya İT sahəsində 3 əsas istiqamət üzrə mütəxəssislər hazırlayır:
    - Kompüter qrafikası və dizayn
    - Proqramlaşdırma
    - Şəbəkələr və kibertəhlükəsizlik
    Kompüter akademiyasında təhsil müddəti 2,5 il nəzərdə tutulub. Tələbələr təhsili bitirdikdə bu akademiyanın beynəlxalq diplomunu, həmçinin partnyor-şirkətlərin (Microsoft, Cisco və Autodesk) beynəlxalq sertifikatlarını alırlar. Hazırda STEP IT Academy Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 18 ölkəsində 66 filiala malikdir. Akademiyanın məzunları Microsoft, IBM, Skype, Cisco, HP, Siemens, Amazon kimi beynəlxalq şirkətlərdə işləyirlər.

    Linki kopyala