Logo
    main-post-cover

    Banner reklamlardan bezən istifadəçilər üçün şad xəbər

    Günümüzdə bir çox saytlarda mobil cihazın ekranını tamamilə zəbt edən tam ekranlı banner reklamları çıxır. Onlar istifadəçilərin diqqətlərini bir çox məhsullara çəkmək üçün nəzərdə tutulub.

    Lakin əslində bu bannerlərin demək olar ki, hamısı müəyyən məhsulun reklam edilməsi üçün düşünülüb. Bu isə istifadəçiləri əsasən qıcıqlandırır. Bir neçə gün bundan öncə "Google” bildirdi ki, 10 Yanvar 2017-ci il tarixindən başlayaraq şirkət mobil saytlarda tam ekranlı reklamların sui-istifadəsinə sərhəd qoyacaq. "Google” tərəfindən qadağan olunmuşlar siyahısına mobil cihazın ekranını tam örtərək məzmunu gizlədən və istifadəçidən müəyyən tələblərin yetirilməsini xahiş edən banner reklamları daxildir. Bununla belə ekranın yalnız bir hissəsini tutan və özündə faydalı məlumatları əks etdirən banner reklamları hesaba alınmayacaq və saytın axtarış nəticəsindəki sıralanmaya təsir etməyəcəklər.
    Paylaş
    Bənzər xəbərlər