'Barama Graduation Ceremony' tədbiri baş tutub

'Barama Graduation Ceremony' tədbiri baş tutub

Texnologiya
04.08.2018 PAYLAŞIM

Azercell-in Barama mərkəzi növbəti məzunlarını yola salıb:

“Azercell Telekom” MMC tərəfindən ölkəmizdə sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “Barama Graduation Ceremony” tədbiri baş tutub. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub. Tədbir çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq, 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.


Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı açıqlanıb. Belə ki, “Barama İnkubasiya Proqramı”nı keçərək bugün məzun olan və uğurlu şirkətə çevrilən “Technote Media” şirkəti ən uğurlu startap seçilib. “Technote Media" Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olub.

Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən “Automaks”, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan “BonAdve”, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən “e-Donor”, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan “Tripparo” və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil edən “WakeMeUp” startapları olub.

Tədbirdə Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların inkişafında müstəsna xidmətlərindən söz açaraq gənclərin öz innovativ fikirlərini həyata keçirməsi və uğur qazanması üçün lazım olan vəsait, resurs və biliklərlə təmin olunduqlarını vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar və Azercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azərbaycan biznes mühitində innovasiyaları artırılması, rəqəmsal və sahibkarlıq ekosistemini inkişafı istiqamətində fəaliyyət göstərən Barama mərkəzinin məqsədi startapların öz bizneslərini qurmasına, innovativ xidmət göstərməsinə və yeni müştəriləri əldə etməsinə dəstək olmaqdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..


Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİD..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan ed..

×