
Barama İnnovasiya və Sahibkarlıq mərkəzində “Elektronikaya giriş” təlimləri başlayır
Elm & Texnologiya
07.05.2017
Farid
Sumaks şirkəti və Barama İnnovasiya və Sahibkarlıq mərkəzi "Elektronikaya giriş” təlimlərini təqdim edir.
"Elektronikaya giriş” təlimlərinin əsas məqsədi ölkəmizdə
gənclər arasında bu sahəyə olan marağın artırılması və gənclərin motivasiya
edilməsidir. Təlimlər dövrün texniki tələblərinə görə hazırlanmışdır və gənclərin
gələcək işlərində faydalı olacaq praktiki təlimlər mövzulara daxil edilmişdir. Təlimlər Sumaks şirkətinin elektronika mühəndisi
Elgün Həsənov tərəfindən keçiləcək. Elgün Həsənov həmçinin iki ildən çoxdur ki
təlimçi kimi fəaliyyət göstərməkdədir. Müraciət üçün ad, soyad və nömrənizi
elgun.hasanov@sumaks.com ünvanına göndərə bilərsiniz. Təlimlər tamamilə ödənişsizdir
və yerlər məhduddur.
Təlim proqramı ilə bu keçiddən tanış ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər