
Barəsində halına yanacağımız süni zəka yaratmaq mümkündürmü?
Elm & Texnologiya
07.07.2018
Emil
Bir çox fantastların kitablarında elə
süni zəkalara rast gəlmək olar ki, oxucu real insan üzərində necə narahatlıq hissi
keçirdirsə, həmin süni zəkalar üzərində də narahatlıq hissi keçirdir.
Kitablarda, filmlərdə və video oyunlarda ağıllı robotlar insanlarda təbii hisslər
və emosiyalar yaradırlar. Lakin bu cür süni zəka real həyatda da yaradıla bilərmi?
İrlandiyadan olan yazıçı Maria Farrell insan ilə süni zəka arasında emosional əlaqənin
yaradılması üçün nəyin lazım olduğu üzrə fikirlərini bölüşüb. Neil
Stephenson-un “The Diamond Age”
adlı romanında nanotexnoloji gələcəkdən bəhs olunur. Həmin gələcəkdə “The Young Lady’s Illustrated Primer”
adlı ağıllı kitab var. Bu kitab romanın baş qəhrəmanının həm anası, həm
dostu, həmdə müəllimi olur. Romanı oxuyan zaman isə oxucu bu ağıllı kitaba
xüsusi sevgi duyğusu bəsləyir. Bu cür süni zəka üzrə daha bir misal isə Becky
Chambers-in “The Long Way to a
Small , Angry Planet” romanındakı kosmik gəmini idarə edən Lovelace adlı
süni zəkadır. Kosmik gəmi ilə nə isə baş verən zaman oxucu real insan üzərində
necə narahatlıq keçirdirsə, həmin kosmik gəmi üzərində də narahatlıq hissi
keçirdir.
Sadalanmış hər iki kitabda süni zəka canlı varlıq kimi hiss olunur.
Bununla belə bu hissiyyat o qədər parlaqdır ki, oxucu hətta bu cür süni zəkanın
real həyatda olmasını istəyir. Bu bir növ James Cameron-un “Avatar” filminə baxandan sonra
insanların Pandora planetində yaşama istəklərinə bərabərdir. Lakin bu cür süni
zəkanı yaratmaq mümkündürmü? Kitablarda əks olunan hekayələrdən fərqli olaraq
canlı süni zəka uzun hesablamalardan sonra yarana bilməz. 90-cı illərin
kiberpunk janrını unudun. Şəbəkənin nə dərəcədə böyük və qəliz olmasından asılı
olmayaraq şüur orada yarana bilməz. Həyatı da təkcə Petri fincanını
(mikrobiologiyada mikroorqanizmlərin becərilməsi üçün geniş istifadə olunan
dairəvi şüşə qab) qızdırıb daha sonra ordakı varlığı sakitləşdirmək üçün
fincanı əsdirmək vasitəsilə yaratmaq olmaz. Şüurun qəliz sualı da birdən birə
bir gecə ərzində hansısa server fermasında həll oluna bilməz. Ağıllı süni zəkanı
yaratmağa imkan verəcək proqram bizim şüurumuzun sərhədlərindən də o tərəfdə yerləşir.
Mühəndislik nöqteyi nəzərdən isə bu cür süni şüura yeni növ prosessorlar lazım
olacaq. Hesablamalar bu cür miqyasda məlumatların elə paralel emalını tələb edəcək
ki, çox güman ki, kvant hesablamara keçid etmək lazım gələcək. Beləliklə çox
güman ki, insanlar Mars planetində koloniyanın yaradılmasını ağıllı süni zəkanın
yaradılmasından daha tez reallaşdıracaqlar. Bundan əlavə olaraq tam rəqəmsal şəxsi
əldə etmək üçün sadə süni zəka assistentlərindən fərqli olaraq daha geniş
miqyaslı davranış sistemini yaratmaq lazım gələcək. Bunu necə etmək olar? Bunun üçün Catherine
Brady-nin “Story Logic and the
Craft of Fiction” adlı kitabına nəzər yetirmək lazımdır. Bu kitabda
yazıçı personajın yaradılması prosesini izah edir. Onun sözlərinə əsasən
keyfiyyətli personajın söz və hərəkətlərinə inanmaq və ən başlıcası onları intuitiv
səviyyədə anlamaq olar.
Buna görə də azad şəkildə fikirləşən, hiss edən və dərin
şəxsiyyətə sahib olan süni zəkanı sürətli və asan üsulla yaratmaq hələki
qeyri-mümkündür. Lakin gələcəyin perspektivləri necədir? 1 il bundan öncə mən
xüsusi layihə üçün yaxın elmi-fantastik gələcək barədə qısa mətnlər yazmışdım.
Həmin mətnlərdə bizləri yaxın 25 il ərzində nələrin gözləcəyi əks olunmuşdur. Layihənin
digər iştirakçıları fikir vermişdilər ki, Şimal yarımkürəsində gələcəyə daha
pessimist yanaşırlar. Eyni vaxtda inkişafda olan ölkələrin vətəndaşları isə
yeni texnologiyalara sevinirlər. 1 il öncəki mətnlərimdən birində mən ənənəvi rəqəmsal
assistentlərdən fərqlənən Mishee adlı süni zəka barəsində uydurulmuş xəbər
yazmışdım. Mishee adı Afrika dilindən tərcümədə “xoşbəxtlik, heyranlıq” deməkdir.
Adi rəqəmsal köməkçilər istifadəçini ekosistemdə saxlamağa və onun nə isə
almasına məcbur etməyə çalışırlar. Mishee isə həmişə insanın tərəfindədir və
ona heçnə aşılamır.
Mən düşünürəm ki, sinqulyarlıq (hansı səviyyədə olmasından
asılı olmayaraq) niyyətli şəkildə edilmiş bir şey olacaq. Və əgər biz sözün əsl
mənasında ağıllı süni zəka istəyiriksə, ən qəliz problem və sulları həll etməyə
başlamalıyıq. Təsəvvür edin ki, biz süni zəkadan bizə lazım olmayan məhsulların
alınmasını aşılamaq üçün deyil öz beynimizin təkmilləşdirilməsi üçün istifadə
etsəydik nə olardı? Süni zəka bizim zəkamızı dəfələrlə üstələyəcək yeni zəkaların
yaradılmasında bizlərə kömək etsəydi nə olardı? Əgər süni zəka bizim əşyamız
olmasaydı (və ya əksinə bizlər onun) və biz onunla eyni hüquqlar səviyyəsində
yaşasaydıq nə olardı? Robotlar arasındakı həyat antiutopiyaya bənzəyə bilər.
Lakin bu cür nəticə bəlkə də insanların məlum olmayana və indiyənə kimi kəşf
edilməyənə olan maraqlarını razı sala biləcək. Və bu cür nəticəyə ilk addımı
atmaq üçün onu sadəcə olaraq təsəvvür etmək lazımdır.
Mənbə: Medium.com
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
