main-post-cover

    Barmaq izi skanının ekrana yerləşdirildiyi dünyanın ilk smartfonu Vivo Xplay 7 təqdim edildi (VİDEO)

    Elm & Texnologiya
    26.10.2017
    Farid Pardashunas
    Çinin “Vivo” şirkəti rəsmi olaraq Xplay 7 adlı smartfonun xarici görünüşünü və texniki göstəricilərini təqdim etdi.
    Sözügedən smartfon bir neçə özəlliyə sahib olacaq. İlk öncə smartfonun ön panelinin ətrafında ümumiyyətlə çərçivələr olmayacaq. Belə ki, ekran bütün ön paneli tutacaq. İkinci özəllik isə ondan ibarətdir ki, smartfonun barmaq izi skanı tamamilə ekrana inteqrasiya olunacaq. Məlumatlara əsasən Vivo Xplay 7, yeni Snapdragon 845 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş, ikili arxa və ikili ön kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, “Vivo” “Qualcomm” ilə birlikdə hələ yay fəslində barmaq izi skanının ekrana inteqrasiya olunduğu dünyanın ilk smartfon prototipini göstərmişdi. Vivo Xplay 7 2018-ci ilin ortasında satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər