Business Insider, bazarda olan ən qəribə alternativ
kriptovalyutaların siyahısını hazırlayıb. Həmin siyahını sizlərə təqdim edirik.
Sexcoin (Qiyməti – 0.010023$)
Bu kriptovalyutanın
saytındakı məlumata əsasən
Sexcoin,
böyüklər üçün nəzərdə tutulmuş əyləncə sahəsində ilk kriptovalyutadır. İnsanlar
həmin kriptovalyutadan istifadə edərək porno filmlər və müxtəlif əşyalar ala bilərlər.
PotCoin (Qiyməti – 0.118722$):
PotCoin, marixuana alışı və satışı imkanını vermək üçün
ticarətçilər ilə alıcılara xüsusi platforma qismində yaradılıb. “PotCoin,
marixuana sevənlərə, qarşılıqlı əlaqə, ünsiyyət, mübadilə və bir yerdə böyümək
imkanını verən rəqəmsal qəpikdir” – deyə kriptovalyutanın
saytında qeyd olunub.
PutinCoin (Qiyməti – 0.039835$):
Bu kriptovalyutanın yaradıcılarının sözlərinə əsasən
PutinCoin, Rusiya Federasiyası prezidenti və insanlarına hörmət qismində
yaradılıb.
PutinClassic (Qiyməti – 0.001797$):
PutinClassic-in
saytındakı məlumata əsasən bu, dünyada ilk
suvenir kriptovalyutadır. “Biz, portmanatda saxlanması xoş olan və birjada
ticarətini aparmaq mümkün olan gözəl qəpik yaratdıq” – deyə
Bitcointalk.org
saytında bu kriptovalyuta haqqında məlumatda qeyd edilib.
UFO Coin (Qiyməti – 0.000190):
UFO Coin, bu siyahıda ən yeni rəqəmsal qəpiklərdəndir. O,
neoscrypt adlı texnologiyadan istifadə edir. Bu texnologiya isə is öz növbəsində
şəbəkə üçün daha güclü şifrələyici və əlavə təhlükəsizlik səviyyəsi yaradır.
UFO Coin-in əsas yaradıcısı ,
Peter Bushnell-dir. Təəssüflər olsun ki, bu
kriptovalyuta, yadplanetlilərlə ünsiyyət ilə əlaqəli deyil.
F --- Token (Qiyməti – 0.081893$):
F --- Token-in yaradıcıları düşünürlər ki, onlar, investorlara, jarqonlarla bol olan kriptovalyuta dünyasında unikal imkan verirlər.
“Sizi, öz ideyalarına pul yatırmaq üçün onlar, anlaşılmayan sözlərdən və qarışıq
cümlələrdən istifadə edirlər. F --- Token sayəsində biz, sizin əslində nə
düşündüyünüzü deyə bilməniz üçün xüsusi imkan yaradırıq” – deyə bu
kriptovalyutanın
saytında qeyd olunub.
Dogecoin (Qiyməti – 0.002183):
Dogecoin,
“Adobe”un
məhsullar üzrə meneceri
Jackson Palmer və
“IBM”in proqram təminatı üzrə mühəndisi
Billy Markus tərəfindən
yaradılmışdı. Öz müsahibəsində Palmer qeyd edib ki, günlərin birində o, pivə içərək
istirahət edibmiş. Onun çox vaxtı olub. Nəticədə isə o,
Dogecoin.com domenini
alıb. Markus isə bu məsələyə qoşularaq Dogecoin-i real valyutaya çevirmək qərarına
gəlib. Bu kriptovalyutanın adı, 2013-cü ildə məşhur olmuş
Doge adlı internet
memdən götürülüb. Həmin memdə isə itin gülməli siması və arxa fonda müxtəlif
kiçik yazılar qeyd olunmuşdu.
Useless Ethereum Token (Qiyməti – 0.022373$):
Useless Ethereum Token, iddia edir ki, o, dünyanın ilk ədalətli
kriptovalyutasıdır. “Siz təsadüfi şəkildə internetdə insanlara pul verməyə
hazırlaşırsınız. Onlar isə həmin pulu götürərək müxtəlif əşyalar alacaqlar. Çox
güman ki, bu, elektronika malları olacaq. Bəlkə də böyük ekranlı televizor.
Ciddən, bu tokenləri almayın”. Lakin insanlar həmin tokenləri aldılar. Bundan
sonra kriptovalyutanın qiyməti 40$-a kimi qalxdı. Lakin sonradan ani şəkildə
aşağı düşdü.