
Beats Studio Buds+ naqilsiz qulaqlığı barəsində yeni məlumatlar ortaya çıxıb
Elm & Texnologiya
26.04.2023
Emil
Amazon-un online mağazası Apple şirkətinə məxsus Beats brendinin yeni naqilsiz qulaqlığı barəsində məlumatları təqdim edib. Söhbət, Beats Studio Buds+ qulaqlığından gedir. Təqdim edilmiş məlumatlarda naqilsiz qulaqlığın texniki özəllikləri və dizaynı əks olunublar. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Beats Studio Buds+ modeli xarici görünüşcə Beats Studio Buds-a bənzəyəcək.
Bununla yanaşı Amazon-dakı məlumatlara əsasən sözügedən yeni naqilsiz qulaqlıq şarj keysi vasitəsilə ümumilikdə 36 saat ərzində çalışa biləcək. Məlumatda qeyd edilib ki, Beats Studio Buds+ modeli daha yaxşı səs keyfiyyətini təmin edəcək və ölçüləri böyüdülmüş mikrofonlarla təchiz olunacaq. Naqilsiz qulaqlıq həmçinin həcmli səslənmə texnologiyasının dəstəyini əldə edəcək. Amazon-un təqdim etmiş olduğu məlumatlarda qeyd edilib ki, Beats Studio Buds+ qulaqlığı may ayının sonunda satışa çıxacaq və 197$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər