Beats Studio Buds+ naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Beats Studio Buds+ naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Texnologiya
18.05.2023 PAYLAŞIM

    Müəyyən müddət ərzində olmuş məlumat sızıntılarından sonra Apple şirkəti Beats Studio Buds+ naqilsiz qulaqlığını təqdim edib. Şirkət yeni naqilsiz qulaqlıqda səslənmə keyfiyyətini yaxşılaşdırmaqla yanaşı onun şəffaf gövdəyə sahib versiyasını da satışa çıxardıb. Apple bildirib ki, Beats Studio Buds+ naqilsiz qulaqlığının daxili komponentlərinin 95%-i yenilənib. Əsasən qulaqlıqların mikrofonlarının ölçüləri böyüyüb. Bununla yanaşı onların gövdələri IPX4 standartı üzrə sudan qorunurlar. Həmçinin qulaqlıqların dinamiklərinin ölçüləri də 3 dəfə böyüyüb.


    Bunun sayəsində ətraf səs-küyün aktiv boğulması funksiyası və şəffaf rejim daha yaxşı şəkildə çalışırlar. Beats Studio Buds+ Android (Google Fast Pair) və iOS cihazlara sürətli qoşulmanı dəstəkləyir. Əlavə olaraq naqilsiz qulaqlıqlar Dolby Atmos dəstəkli həcmli səslənməni və sürətli şarj texnologiyasını dəstəkləyirlər. Şirkətin verdiyi məlumata əsasən 10 dəqiqəlik şarj prosesi sayəsində qulaqlıqlar 1 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə isə onların ümumi çalışma müddəti 36 saat təşkil edir. Onu da qeyd etmək lazımdır ki, şarj keysi USB Type-C girişinə sahibdir. Beats Studio Bus+ artıq satışa çıxıb və 170$-a satılır.



DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×