
Bədəni qızdıran və smartfonu şarj edən sistem ilə təchiz olunmuş gödəkçə
Elm & Texnologiya
07.05.2017
Farid
"Ravean Team” şirkəti yeni texnoloji gödəkçə yaradıb.
Belə ki, sözügedən gödəkçə bədənin
qızdırılması üçün istilik və smartfonun şarj olunması sisteminə sahibdir. Gödəkçədəki
istilik sistemləri gödəkçənin sinə, qarın və bel hissələrində yerləşmişdir.
İstilik sisteminin 3 iş rejimi vardır. Bura hətta 38 dərəcəyə kimi qızdırılma
da daxildir. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən təchiz olunmuş batareyanın həcmi 10600 mAh-dır. Bu, bədənin 15
saatlıq isinməsinə və smartfonun 2-4 dəfə şarj olunmasına yetərlidir. Gödəkçənin
insanı sərt soyuq havada qızdıra biləcəyi hələki məlum deyil. Batareyasız, gödəkçə
cəmi 80 qram ağırlığındadır. Onu paltaryuyan maşında rahatlıqla yumaq olar. Həmçinin
gödəkçədə qar və yağışa qarşı sukeçirməz örtük də var. Sözügedən gödəkçələr
üçün şirkət Kickstarter platformasında kampaniyaya start verib. Bu layihənin
reallaşdırılması üçün 20.000$ lazımdır. 2 gün ərzində tələb olunan məbləğdən 5
dəfə daha artıq vəsait toplanıb. Kampaniyanın bitməsinə isə hələ 40 gün var.
Gödəkçəni 139$ qiymətinə ön sifariş etmək olar. Onların satışa çıxması isə
2017-ci ilin Avqust ayına gözlənilir.
Paylaş
Bənzər xəbərlər