Logo
    main-post-cover

    BƏƏ və Səudiyyə Ərəbistanı NVIDIA-dan çoxlu sayda süni zəka çipi əldə ediblər

        BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və Səudiyyə Ərəbistanı NVIDIA-nın süni zəka sistemləri üçün nəzərdə tutulmuş yüksək performanslı çiplərini çoxlu sayda əldə etməklə hal hazırda İT sahədə olan süni zəka yarışına qoşulublar. Bu ölkələr süni zəka sahəsində liderlər siyahısında olmaq məqsədlərini açıq aydın şəkildə bəyan ediblər. Bu istiqamətdə BƏƏ ilə Səudiyyə Ərəbistanı öz iqtisadiyyatlarının inkişaf sürətlərini yüksəltmək üçün iddialı planları reallaşdırırlar.
        Vəziyyət ilə yaxından tanış olan şəxslərin sözlərinə əsasən Səudiyyə Ərəbistanı NVIDIA-dan 3000 ədəd H100 çipini əldə edib. Qeyd etmək lazımdır ki, sözügedən çipin bir ədədi 40 000$ satış qiymətinə sahibdir. Eyni zamanda BƏƏ də NVIDIA-dan minlərlə çip əldə edərək hətta özünün Falcon adlı böyük dil modelini hazırlayıb. Sözügedən böyük dil modeli Əbu-Dabidə yerləşən İnnovativ Texnologiyalar İnstitutunda yaradılıb.
    Paylaş
    Bənzər xəbərlər