Logo
    main-post-cover

    Belə oyun görməmisiniz

    Bütün oyun dünyasında FPS janrındakı oyunların böyük populyarlığa malik olduğunu çoxumuz bilirik. Ancaq bir oyunun nə qədər gerçəkçi qrafikası olsa da, oyunun içindəki fiziki quruluşlar nə qədər reala yaxın olsa da, oyun sadəcə bir komputer proqramından ibartədir. Onun imkanları hələki məhduddur, yəni oyunda əvvəlcədən nə kodlaşdırılmışdısa, siz onu eləməklə sərhədlənirsiniz.

    Bəs siz həmin oyunu gerçək həyatda oynama imkanı əldə etsə idiniz nə olardı? Oyundakı xarakter siz yox, amma sizin idarə etdiyiniz gerçək bir insan olsa idi? Youtube`da RealmPictures adlı kanal bu istəyi yerinə yetirməyə çalışıb. Oyundakı "əsgər”in başına izləyiciyə canlı video göndərən kamera taxılmışdır, izləyici isə bu videoya baxaraq əsgəri idarə edir. İzləyici əsgərə qabağa getməsini, sağdakı qapını açmasını, yerdəki silahı götürməsini, zombiyə vurmasını, yıxmasını və s. əmr edir, əsgər də həyatda qala blmək üçün həmin komandaları yerinə yetirir.
     

    Paylaş
    Bənzər xəbərlər