
Belində odpüskürən yerləşdirilmiş 4 ayaqlı robot anons edilib (VİDEO)
Elm & Texnologiya
24.06.2023
Emil
Öz kompakt ölçülü elektrikli odpüskürənləri ilə tanınan Throwflame şirkəti heç gözlənilmədən itə bənzəyən Thermonator adlı 4 ayaqlı robotu anons edib. Sözügedən robotun digər 4 ayaqlı robotlardan əsas fərqi ondadır ki, onun belində əsl odpüskürən mövcuddur. Ən qorxuducu fakt isə ondan ibarətdir ki, bu robot hamı üçün satılacaq. Thermonator-un əsasını Unitree Go1 adlı robot təşkil edir. Onun bel hissəsində isə böyük yanacaq bakına sahib odpüskürən yerləşdirilib.
Şirkətin verdiyi məlumata əsasən robot həmin odpüskürən vasitəsilə 45 dəqiqə ərzində 10 metr məsafəyə od buraxa bilir. Bununla belə şirkət Thermonator-u silah və ya hərbi təchizat kimi qələmə vermir. Unitree Go1 robotunun öz çəkisi 12 kq təşkil edir. Lakin onun belindəki odpüskürən ilə birgə bu göstərici 27 kq təşkil edir. Bu cür yükün robotun bir dəfə şarj olunandan sonra çalışma müddətinə nə dərəcədə təsir edəcəyi aydın deyil. Robot həmçinin özündə çoxlu sayda kamera ilə sensoru da birləşdirir. Bu robotun alınması üçün hansısa xüsusi icazənin əldə edilmə vacibliyinin olub-olmayacağı bilinmir. Thermonator bu ilin üçüncü rübündə satışa çıxmalıdır. Onun hansı qiymətə satılacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər