
Belinizdəki arzuolunmaz tüklər sizi narahat edir? Elə isə Bakblade 2.0-ı almağa tələsin
Elm & Texnologiya
07.05.2017
Farid
Indiegogo platformasında Bakblade 2.0 adlı bel təraş cihazının uğurlu vəsait toplanma kampaniyasını başa vurub.
Cihaz, 437.000$ vəsait yığaraq tələb
olunan vəsaitdən 633% daha çox toplayıb. Bakblade 2.0, üzən başlıqlı ülgücün
böyüdülmüş versiyasına və S formalı tutacağa sahibdir. Cihaz, xüsusi dəyişilə
bilən, patentləşdirilmiş, çox iti və eyni zamanda təhlükəsiz dryGlide ülgüclərindən
istifadə edir. Cihaz yaradıcılarının bildirdiklərinə görə insanın bel hissəsində
olan tüklər daha qalın olduöundan onların təraş olunması daha çətindir. Onların
sözlərinə görə Bakblade, bel hissədən tüklərin təraş olunmasını asan və rahat
edir. İki ədəd dəyişilə bilən iti ülgüclü Bakblade 2.0-ı 29$ qiymətinə
(hal-hazırda 17%-lik endirim var) sifariş etmək olar. Gələn ilin Fevral ayında kütləvi
satışa çıxandan sonra cihazın qiyməti 35$ təşkil edəcək.
Paylaş
Bənzər xəbərlər