main-post-cover

    Benchmark testləri sayəsində Galaxy J2 Pro (2017)-nun özəllikləri məlum oldu

    Elm & Texnologiya
    17.11.2017
    Farid Pardashunas
    Görünür, “Samsung”un anonsu olmamış yeni smartfonu artıq benchmark testlərindən keçir.
    GFXBench tərəfindən aşkar olunmuş Galaxy J5 Prime (2017) modelindən başqa digər məşhur benchmark saytı olan Geekbench SM-J250F nömrəsinə sahib yeni modeli aşkar edib. Mütəxəssislərin fikrincə həmin model Galaxy J2 Pro (2017)-dur. Yeni Galaxy J2 Pro (2017) 1 nüvəli testdə 656 xal, çox nüvəli testdə isə 1852 xal yığıb. Cihaz bir kristallik Snapdragon 430 sistemi, 2 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz olunub.

    Smartfon Android 7.1.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Digər mənbələrin verdikləri məlumata əsasən sözügedən model 960x540 piksel keyfiyyətinə sahib 5 inç-lik ekrana sahib olacaq. Çox güman ki, Galaxy J2 Pro (2017) həmçinin orijinal Smart Glow adlı diod işıqlı dairəyə də sahib olacaq. Qeyd etmək lazımdır ki, kameranın ətrafında yerləşən bu dairə, zəng, SMS, elektron poçt ismarıcı və tətbiqlərdən bildiriş gələn zaman işıqlanır. Smartfonun dəqiq çıxış tarixi və qiyməti haqqında məlumat yoxdur. Lakin onun ilin sonuna kimi təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər