Bərk səslə danışanlara qarşı mübarizədə və digərlərindən məlumatları gizlətməyə yardımçı olan Hushme cihazı
Elm & Texnologiya
09.10.2017
Emil Nəcəfov
Telefon vasitəsilə ictimai yerlərdə bərk səslə danışan insanlar sizi qıcıqlandırır? Qatarda? Kinoteatrda? Mağazada? Həmin insanlara, Hushme adlı cihazı əldə etmələrini məsləhət görün.
Bir tərəfdən bu cihaz həmdə sizə
lazımdır. Məsələn əgər ətrafınızdakı insanların, sizin işləriniz barədə məlumatları
əldə etməklərini istəmirsiniz və bununla belə, ictimai yerdə iş görüşməsi və
ya digər vacib danışığı reallaşdırmaq istəyirsiniz. Bu, əsasən də ətrafınızda
iş ilə bağlı rəqibləriniz olan zaman, vacib bir telefon zəngini qəbul
etdiyinizdə lazımlıdır. Sözügedən cihaz, 2 rejimə sahibdir. Passiv və aktiv.
Passiv rejimdə Hushme, açılaraq boyundan asılır və adi cihaz kimi çalışır.
Aktiv rejimdə isə o, sizin ağız nahiyənizə bərkidilir və siz danışmağa
başlayırsınız. Danışıq zamanı isə cihaz, danışıq səsini aşağı salır və ya öz
yaddaşında olan maskalayıcı səsləri işə salır. Bu, quş ciyiltiləri, yağış səsi
və ya digər nümunə ola bilər. Maskalayıcı səslər olmadan cihaz tamamilə sizin
danışıq səsinizi gizlədə bilməz. Lakin bununla belə o, danışıq səsini 2 dəfə
aşağı salma özəlliyinə sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
NASA, yerdən 24.3 milyard kilometr uzaqlıqdakı Voyager 1-dən mesaj alıb!