main-post-cover

    Beyin implantı dünyada ilk dəfə bir qadın pasienti depressiyadan müalicə edib (VİDEO)

    Elm & Texnologiya
    05.10.2021
    Farid Pardashunas
        Depressiya fasiləsiz davam edən vəziyyətə çevrilə bilər. Bütün dünyadan olan mütəxəssislər depressiyanın müalicə olunması üzrə daima müxtəlif üsullar üzərində çalışırlar. Onlardan biri xüsusi beyin implantıdır. Belə ki, yaradılmış yeni beyin implantı davamlı depressiyanın müalicə olunması üçün nəzərdə tutulub. Depressiyadan əziyyət çəkən insanların ümumilikdə 1/3 hissəsi müalicələrə reaksiya vermir və ya ona qarşı dayanıqlı olur. Heç bir dərman preparatı və ya terapiya üsulu bu şəxslərə kömək etmir. Depressiyaya qarşı müalicələrə bu cür müqavimət özəlliyinə sahib insanların gələcəkləri qaranlıq ola bilər. Lakin ağır depressiyadan əziyyət çəkən Sarah adlı 36 yaşlı pasient San-Fransisko Kaliforniya Universitetinin (UCSF) tədqiqatçıları tərəfindən aparılmış tədqiqatda iştirak edib.
        Layihənin əsas məqsədi beynin dərin stimulyasiya üsullarının araşdırılmasıdır. Potensial olaraq bu üsullar depressiya simptomlarını yumşalda bilərlər. Tədqiqat çərçivəsində mütəxəssislər NeuroPace adlı beyin implantını Sarah-nın beyninə yeridiblər. Bu beyin implantı depressiyaya işarə edən beyin aktivliyini təyin edir və beynin müəyyən sahələrinə elektrik impulslarını ötürür. Qeyd etmək lazımdır ki, sözügedən tədqiqatda yalnız Sarah iştirak edib. O, uşaqlıqdan ağır depressiyadan əziyyət çəkir. Mütəxəssislər depressiyaya işarə edən beyin dalğalarının patternini (nümunə) təyin ediblər.
        Nəticədə beyin implantı həmin patternin ortaya çıxması halında işə düşür. Mütəxəssislərin sözlərinə əsasən bu üsul uğurlu olmaqla yanaşı 4-8 həftədən sonra nəticə göstərən digər müalicə üsullarından fərqli olaraq tez bir zamanda müsbət göstəricilər əldə edib. Hal hazırda mütəxəssislər bu beyin implantının pasientə nə qədər müddət ərzində lazım olacağını söyləyə bilmirlər. Mütəxəssislər tədqiqat çərçivəsində beyin zəncirlərinin dəyişib-dəyişmədiklərini, dəyişdikləri halda bunun necə baş verdiyini və pasientin psixoloji simptomlarını müşahidə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər