main-post-cover

    Bəzi insanların real dünyanı "daha yüksək FPS" ilə gördüyü ortaya çıxıb!

    Elm & Texnologiya
    03.04.2024
    Farid Pardashunas
          İrlandiyanın Dublin şəhərindəki Trinity Kollecinin alimləri apardıqları araşdırmalar zamanı bəzi insanların saniyə başına yeni şəkilləri görməkdə daha həssas olduğunu ortaya çıxarıblar. Tez-tez dilə gətirilən "İnsan gözü onsuz da 60 FPS-dən çox görmür" kimi şəhər əfsanəsinin əksinə olaraq, insan gözünün daha yüksək FPS-ə sahib ola biləcəyi bir daha sübut olundu. 
          Tədqiqatda yaşı 18-35 arasında olan 88 nəfər iştirak edib. CFF (Critical Flicker Fusion) adlı sistem, insanlara vizual siqnalları ayırmağa imkan verən "vizual temporal rezolyutsiya" adlanan beyin hissələrində fəaliyyəti ölçmək üçün istifadə edilib. Bu sistemdə iştirakçılar əslində yanıb-sönən işığı görürlər, lakin bu proses çox tez baş verdiyi üçün işıq heç sönməmiş kimi görünür. 
          İştirakçılardan bəziləri işığın heç yanıb-sönmədiyini bildirsə də, digərləri 35-dən çox yenilənməni aşkar edə bilib. Bəzi iştirakçılar isə işığın FPS dəyərinin 60-dan çox olduğunu tapa biliblər. Bu araşdırma, insan gözünün 60 FPS-dən çoxunu görə bildiyini, hətta bəzi insanların həqiqətən daha yüksək ekran yeniləmə sürətlərinə və daha yüksək FPS-ə həssas olduğunu ortaya qoyub. 
         Araşdırmada diqqət çəkən bir başqa məqam da bu sahədə kişi və qadın arasındakı fərqin əhəmiyyətsiz dərəcədə aşağı olması idi. Tədqiqatçıların fikrincə, bu baxımdan bir cins digərindən üstün deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər