
Bəzi smartfon istehsalçıları Snapdragon 8 Gen 3-dən imtina edə bilərlər
Elm & Texnologiya
15.08.2023
Emil
Oktyabr ayında Qualcomm şirkəti növbəti flaqman prosessoru olacaq Snapdragon 8 Gen 3-ü təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə məlumat vermişdi ki, bir neçə smartrfon istehsalçısı bu yeni prosessorun öz smartfonlarında istifadəsindən imtina etməyi planlaşdırır. İnsayderin sözlərinə əsasən həmin şirkətlər Snapdragon 8 Gen 3-ü digər prosessorlarla əvəz etməyi hədəfləyiblər. Səbəb isə heç də yeni prosessorun texniki göstəricilərində deyil.
İnsayderin vermiş olduğu yeni məlumata əsasən səbəb prosessorun baha qiymətə sahib olmasındadır. Bu səbəbdən də bəzi smartfon istehsalçıları öz flaqman smartfonlarının adi versiyaları üçün daha öncəki nəsil Snapdragon prosessorundan və ya MediaTek şirkətinin prosessorlarından istifadə etmək niyyətindədirlər. Digər jurnalistlər də insayderlə eyni fikirdədirlər. Qualcomm artıq smartfon istehsalçılarını Snapdragon 8 Gen 2-nin qiyməti ilə çətin vəziyyətdə qoyub. Bəzi məlumatlara əsasən Snapdragon 8 Gen 2-nin qiyməti 160$ təşkil edir. Məsələn məhz bu səbəbdən iQOO 11 flaqman smartfonunun bütün qiymətinin 29%-ni məhz Snapdragon 8 Gen 2-nin qiyməti təşkil edir.
Paylaş
Bənzər xəbərlər