main-post-cover

    Bill Gates Microsoft şirkətindən tamamilə ayrıldı

    Elm & Texnologiya
    14.03.2020
    Farid Pardashunas
        1975-ci ildə Microsoft şirkətini təsis etmiş Bill Gates 2008-ci ildə şirkətin CEO vəzifəsindən ayrılmışdı. Həmin vaxtda CEO vəzifəsindən ayrılmasına baxmayaraq o, şirkətin direktorlar şurasındakı vəzifəsini davam etdirirdi. Lakin indi Bill Gates şirkətdən tamamilə ayrıldığını elan etdi. Öz elanında Bill Gates şirkətdən tamamilə ayrılmaq səbəbini və gələcək planlarını açıqladı.
        Bu barədə Engadget saytı xəbər verib. Beləliklə Bill Gates təkcə Microsoft-un yox həmçinin Berkshire Hathaway investisiya fondunun da direktorlar şurasından ayrılıb. Bu cür qərarın əsas səbəbi isə Gates-in özünü tamamilə xeyriyyəçilik layihələrinə həsr etmək istəməsidir. O özünü əsasən səhiyyə, təhsil və qlobal iqlim dəyişikliyi ilə mübarizə sahələrindəki xeyriyyəçiliyə həsr etmək istəyir.
        Qeyd etmək lazımdır ki, Bİll Gtaes öz həyat yoldaşı Melinda Gates ilə birlikdə artıq COVID-19 koronavirus ilə mübarizəyə 100 milyon dollar vəsait bağışlayıb. Bununla belə Bill Gates bildirib ki, Microsoft şirəti onun həyatının ən vacib hissələrindən biri olmaqda davam edəcək. O, şirkətin hal hazırki CEO-su Satya Nadella və rəhbərliyin digər üzvləri ilə texniki konsultant qismində ünsiyyətini davam etdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər