main-post-cover

    Bionic Lens adlı xüsusi linzalar, insana qeyri-adi bacarıqlar verəcək (VİDEO)

    Elm & Texnologiya
    05.09.2017
    Farid Pardashunas

    Hələ bir neçə müddət bundan öncə biz, fantastik filmlərdə görürdük ki, xüsusi linza və implantların hesabına görmə qabiliyyətini itirmiş insanlara yenidən görmə qabiliyyətini qazandırırlar.

    Bu cür mövzular əsasən kiberpank janrda daha üst səviyyədə təqdim olunub. Lakin hər il, kiberprotezləşdirmə mövzusu daha real olmaq üzrə gedir və o qədər də fantastik görünmür. Məsələn, Kanadanın “Ocumetics Technology” şirkəti, Bionic Lens adlı bionik linzaların klinik testlərini artıq keçirdir. Bu linzalar, adi eynəkləri və digər linzaları əvəz edə bilər. Bununla yanaşı mütəxəssislər, yaxın 2 il ərzində həmin linzaları kütləvi istehsala buraxmağı planlaşdırırlar. Bionic Lens, katarakta cərrahiyyəsi sayəsində təbii linzaları əvəz edən dinamik linzalardır. Sözügedən cihaz, bütün məsafələrdə olan görmə qabiliyyətini bərpa edir. Bundan əlavə olaraq bu cür linza, göz əzələlərinə birləşərək özünü tənzimləyə və beləliklə müxtəlif məsafələrə fokuslanmağa imkan verir. Bununla yanaşı bu cihaz vasitəsilə insan, adi vəziyyətdən daha yaxşı görmə qabiliyyətinə sahib olur. Maraqlısı isə ondadır ki, Bionic Lens-dən istifadə zamanı, insan, adi gözə tələb olunandan fərqli olaraq enerjinin 1/100 hissəsini istifadə edir.
    Nəticədə hətta bütün gün ərzində kitab oxusanız belə, gözlərinizdə yorğunluq hiss etməyəcəksiniz. Yaradıcıların sözlərinə əsasən bionik linzalar hesabına 30 metr məsafədə ən kiçik detalları belə görmək mümkündür. Bununla yanaşı böyük olmayan məsafələrdə, görmək üçün adətən mikroskopun lazım olduğu obyektləri də görmək mümkündür. Məsələn, barmağı linzaya yaxınlaşdıranda, dərinin ayrı-ayrı hüceyrələrini görmək olacaq. Onu da qeyd etmək lazımdır ki, şirkət öz linzalarını, gələcəkdə onları yeniləmək mümkünlüyü ilə birlikdə hazırlayır. Məsələn, gələcəkdə göz qişasının üzərinə mobil cihazın interfeysi əks oluna, piksel keyfiyyəti yüksələ və ya dərmanın birbaşa gözə ötürülməsi sistemi tətbiq oluna bilər. Bionic Lens mütəxəssisləri bildiriblər ki, bu cür bionik linzanın qiyməti 3200$ təşkil edəcək. Bu isə əməliyyata xərclənəcək vəsaitin hesaba alınmaması ehtimalında olan bir qiymət göstəricisidir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər