Reklam
Bir cihazda 2 WhatsApp, 2 Facebook, 2 Messenger hesabı açmağın qaydası (Samsung)

Bir cihazda 2 WhatsApp, 2 Facebook, 2 Messenger hesabı açmağın qaydası (Samsung)

Texnologiya
04.04.2022 PAYLAŞIM

    Əlavə tətbiq yükləmədən, smartfonu “root” etmədən Samsung cihazlarında 2 WhatsApp, 2 Facebook və 2 Messenger tətbiqini fərqli hesablarla necə istifadə etmək olar? Tech-Tips-də Samsung-un “dual messenger” funksionallığından danışırıq.

    Samsung - cihazlarında messenger tətbiqlərini 2 fərqli hesabda istifadə etmək üçün çox faydalı bir funksionallıq təqdim edir. Söhbət Android-lərdə mümkün olan bir cihazda bir tətbiqi klonlayaraq istifadə etməkdən gedir. Bəs bu imkanı necə aktiv edə bilərik?


    Bir Samsung cihazında iki WhatsApp istifadə etmək üçün ilk olaraq “parametrlər” bölməsinə, açılan menyudan isə “qabaqcıl funksiyalar” seçiminə daxil olmaq lazımdır. Burada ən aşağı hissədə “dual messenger” bölməsi yerləşdirilib. Bizə lazım olan həmin bölməyə daxil olub klonlamaq istədiyimiz tətbiqinin yanındakı işarəni sağa sürşüdürməkdir. 

    Bu əməliyyatı etdikdən sonra cihazın menysunda klonlanmış tətbiq yaranır. Sizə qalan isə həmin tətbiqə daxil olub istədiyiniz 2-ci hesabı həmin proqramda işə salmaqdır. Bu qədər sadə. Bu üsuldan istifadə etməklə bir cihazda 2 fərqli WhatsApp hesabını istifadə edə bilərsiniz. Daha çox faydalı və texnoloji məlumat üçün isə bizim kanalı izləməyi unutmayın.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×