main-post-cover

    Bir dəfə şarj olunmaqla 1770 km yol qətt edərək rekord qırmış elektrikli avtobus (VİDEO)

    Elm & Texnologiya
    20.09.2017
    Emil Nəcəfov
    “Proterra” şirkəti, elektrikli avtobuslar üçün olan maksimum yol həddi rekordunu qırıb.
    Rekord dərəcədə göstəricini, şirkət tərəfindən daha öncə istehsal edilmiş Catalyst E2 elektrikli avtobusun təkmilləşdirilmiş versiyası sərgiləyib. Təkmilləşdirilmiş versiya, Catalyst E2 Max adlanır. Qeyd etmək lazımdır ki, təkmilləşdirilmiş Catalyst E2 Max-ın tam enerji ilə dolu halı, 1770 km yol qətt edib. Bu barədə Electrek saytı xəbər verir. “Proterra” şirkəti, özünü elektrik avtobuslar sahəsində “Tesla” kimi qələmə verir.
    Şirkətin sonuncu avtobus modeli olan Catalyst E2, batareya həcmindən asılı olaraq maksimum 570 km yol qətt etmək üçün nəzərdə tutulmuşdu. Şirkətin əldə etdiyi ən böyük batareya həcmi isə 660 kilovat saat idi. Məhz bu batareya vasitəsilə Catalyst E2 modeli, 570 km yol qətt edə bilirdi. Catalyst E2 Max versiyasında isə avtobosun effektivliyinin yüksəlməsinə nail olunub.
    Belə ki, həminki 660 kilovat saat həcmli batareya vasitəsilə Catalyst E2 Max, adi versiyadan 3 dəfə daha çox yol qətt edib. Praktiki cəhətdən həmin avtobuslar bir dəfə şarj prosesindən sonra 1700 km-lik yolu qətt etməyəcəklər. Lakin bu onu göstərir ki, bu cür avtobuslar, istənilən şəhər infrastrukturunda adi avtobusları əvəz edə bilərlər. Şirkət hal hazırda öz yaxşı vaxtlarını yaşayır. Belə ki, o, 140 milyon dollar investisiya cəlb edib.
    İnvestorlar sırasında həmçinin “BMW” şirkəti də var. Əldə olunmuş vəsaitlər isə istehsalatın genişləndirilməsinə xərclənəcək. Bununla yanaşı müxtəlif şəhər və ölkələrin başçılarının ekoloji təmiz enerjiyə və elektrikli nəqliyyat növlərinə ayırdıqları diqqəti də qeyd etmək laızmdır. Şirkətin verdiyi məlumata əsasən o artıq 400 ədəd avtobus satıb və sifarişlər gündən günə artmaqda davam edir. Məsələn, bir neçə müddət bundan öncə Sietl şəhəri, 120 ədəd avtobus sifariş vermişdi. Elektrikli avtobuslarla yanaşı şirkət həmdə paralel olaraq avtopilot sistemi istiqamətini də inkişaf etdirir. Belə ki, məlum olub ki, şirkət, Nevadada pilotsuz avtobusların testi ilə məşğuldur.

    Linki kopyala