main-post-cover

    Bir ədəd iPhone X hansı qiymətə istehsal olunur?

    Elm & Texnologiya
    07.11.2017
    Emil Nəcəfov
    TechInsights adlı sayt “Apple” şirkətinin yeni flaqman modeli olan iPhone X-in komponentlərinin qiymətlərini və nəyə görə bu modelin satışlarından əldə olunacaq ümumi mənfəətin iPhone 8-in satışlarından daha çox olacağını öyrənməyə çalışıb.
    3 Noyabr tarixində satışa çıxmış iPhone XApple” şirkətinin indiyənə kimi təqdim etdiyi modellər arasında ən bahalısı oldu. Vergiləri nəzərə almasaq, onun pərakəndə satış qiyməti 999$-dan başlayır. Reuters agentliyi iPhone X-in istehsalını 357.50$ dəyərində qiymətləndirir. Beləliklə şirkətin satdığı hər bir iPhone X-dən əldə etdiyi ümumi mənfəət 64% təşkil edir. 699$-a satılan iPhone 8-dən əldə olunan ümumi mənfəət isə 59% təşkil edir.
    iPhone X-ə hissələrə ayrılmış vəziyyətdə baxdıqda, onun detallarının qiymətlərini öyrənmək olar. Bütün detallar arasında ən bahalısı 5.8 inç-lik OLED ekrandır. Belə ki, şirkət topdan satış zamanı bir ekran üçün 65.50$ ödəyir. iPhone 8-in 4.7 inç-lik maye kristallik ekranı isə 36$-a başa gəlir. Smartfonun paslanmaz poladdan hazırlanan korpus çərçivələri isə 36$ təşkil edir. Müqayisə üçün iPhoen 8-in alüminium korpusu 21.50$-dır.
    Linki kopyala